Azərbaycan İdeyası

9 ayda azyaşlılara qarşı 470 cinayət hadisəsi

Tarix:18-11-2015, 12:19
Baxış Sayı:447


Bu ilin ilk 9 ayında Azərbaycanda azyaşlılara qarşı 470 cinayət hadisəsi baş verib, onun 133-ü zorakılıqla bağlı olub.
"Korrupsiya və Qanun" saytının Trend-ə istinadən məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin idarə rəisi Adıgözəl Adıgözəlov uşaq hüquqları ilə bağlı keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2010-cu ildən başlayaraq, belə cinayətlərin dinamikasında azalma müşahidə edilir.
A.Adıgözəlov bildirib ki, əvvəlki illərdə uşaqlara qarşı törədilən zorakılıq cinayətləri müəyyən qədər məişət zəminində baş versə də, bu il zorakılıqla bağlı törədilən 133 cinayətin çox cüzi bir hissəsi - 7-si məişət zəminində olub: "Azərbaycan ailələrində bəzi zorakılığa məruz qalan uşaqların nə özləri, nə də valideynləri hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bu da sonda böyük fəsadlara səbəb olur".
İdarə rəisi qeyd edib ki, bu ilin ilk 9 ayında polis orqanlarının əldə etdiyi məlumatlar əsasında 41 erkən nikah müəyyənləşdirilib. Onların 15-i ilə bağlı cinayət işi açılıb: "Erkən nikahlar bəzən valideynlərin, bəzən isə uşaqların öz istəyi ilə olur. Amma bütün hallarda məsuliyyətsizliyi valideynlərdə görürəm". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO