Azərbaycan İdeyası

POLİS VƏ PROKURORLUQ TAPA BİLMƏDİYİ DƏLƏDUZUN AŞKAR ORTAQLARINI NİƏ SƏRBƏST BURAXIB? - GÖZLƏYƏK Kİ, XARİCƏ QAÇAN CİNAYƏTKARLAR KORONAVİRİSA YOLUXUB VƏTƏNDƏ ÖLMƏK ÜÇÜN GERİ DÖNSÜNLƏR

Tarix:30-04-2020, 13:29
Baxış Sayı:606

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cüma küçəsi – 7 E, mənzil 4 ünvanda qediyyatda olan və yaşayan Quliyev Əli Qəzənfər oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, qanunla ona məxsus avtomaşınını dələduzluqla ələ keçirmiş şəxslərdən 8 aydır geri ala bilmədiyini yazmışdır.
Müraciət etdiyi dövlət orqanlarının onun işinə məsuliyyətsiz yanaşmasından gileylənən Əli Quliyev ona qarşı cinayəti törədən şəxs barəsində məlumat vermişdir: “1983-cü il təvəllüdlü Sadıqov Daşqın Oruc oğlu Lənkəran rayonunun Zövlə kənd sakinidir. Maşın bazarında qardaşı Mayıl ilə maşın alveri ilə məşğuldurlar. Onlarla ilk tanışlığım bazarda qaynıma maşın almaqla başladı. Sonra isə mənə məxsus “Mersedes Benz E 350” markalı, 2009-cu il buraxılışlı (Ban N: VVDD 2120571A034389) avtomobilimi satmalarını onlardan istədim. Daşqın maşına baxdıqdan sonra çox bəyəndiyini söylədi və maşını ya dayısına alacağını, ya da tez bir zamanda başqasına sata biləcəyini dedi. 22.06.2019-cu il tarixdə mən Bakı şəhərindəki 6 saylı notariat ofisində Daşqına etibarnamə ilə nəqliyyat vasitəsindən istifadə hüququ verdim. O, maşını ustaya aparıb bir az düzəlişlər etdirdi və Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən, dostuna məxsus “777” adlı avtosalona aparacaqdı. İki gün sonra zəng edərək üzərindəki 90 SL 999 dövlət nömrə nişanını çıxararaq əvəzinə tranzit nömrə qoymağımı istəmişdi. Səbəb gətirmişdi ki, alıcılar salona gələndə maşını nömrfə ilə birgə istəyirlər və ya bəzən nömrəli maşına maraq göstərmirlər. 24.06.2019-cu il tarixdə mən Daşqınla birlikdə Baş Dövlət ol Polisi İdarəsinə gedərək, orada 99 SL 999 nömrəni çıxartdırıb adıma sistemdə bron etdirdim, maşınlın üzərinə isə KZ 687 TR 19 tranzit nömrəsi vurdurduq. Daha sonra sənədləşə imzalatdırdılar, orada “alqı-satqı edə bilər” cümləsi məndə şübhə doğurdu və mən sənədləşməni ləğv etdirdim. Bunu Daşqına dedikdə, o, xəbərsiz olduğunu və bunun yazan orqanın səhvi olduğunu bildirdi. Avtomobilin texniki pasportuna “ləğv” möhürü vuruldu. Daşqın maşını təkrar salona apardı və 2-3 günə maşını dayısı alacağını bildirdi. Günlər keçdi. Daşqın hər dəfə müxtəlif yalanlarla vaxtı uzadırdı. “Dayım oğlu öldü”, “Lənkərana yasa gedirəm”, “Gürcüstana maşın verməə getmişəm, iki günə gələcəm” deyirdi. Mən “artıq maşını satmıram” deyib geri istədikdə Daşqın cavab vermirdi. Salondan gedib geri götürmək istədikdə, məlum oldu ki, maşın artıq qaçırılmışdır”.
Əli Quliyev yazır ki, hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayətini bildirmişdir. 30.07.2019-cu il tarixdə toplanmış material AR CM-nin 86 və 213-cü maddələrinə müvafiq olaraq, araşdırılmasının davam etdirilməsi üçün aidiyyati üzrə Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, işin araşdırılması şöbənin baş müstəntiqi polis mayoru Nuru Əziz oğlu Həsənova həvalə olunmuşdur.
Şikayətçi müstəntiqin işə məsuliyyətsiz yanaşdığını qeyd edir: “Hara getsəniz, işinizi bağlayacaqlar” deyirdi. Lənkərana gedib işi araşdırmaq üçün məndən 300 manat benzin pulu istədi. Bu, bizim polis orqanları üçün çox aciz və acınacaqlı durumdur. Daşqının ölkəni tərk etdii üçün onun tapılıb izahatının alınmamasına görə müstəntiq N.Həsənov AR CM-nin 85, 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq cinaət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxardı. 10.08.2019-cu il tarixdə işimə baxılmadan bağlandı. Mən təkrar çoxsalı şikayətlər etdikdən sonra işi Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Tağıyev Məhəmməd Adın oğluna təhvil verildi. M.Tağıyev AR CM-nin 320.1 maddəsi ilə 190041050 nömrəli cinayət işini bağlayıb icraatına götürdü...”
Ə.Quliyev yazır ki, Daşqın cinayət əməlini təkbaşına törətməmişdir: “Onunla əlbir olan şəxs Behbudov Vüqar Sahib oğlu Sumqayıt şəhərindəki 2 saylı avtomaşın alqı-satqı komisyon mağazasının müdiridir. Daşqın və Vüqar 6 saylı notariat ofisinin verdii sürmə etibarnaməsini, dövlət sənədini saxtalaşdıraraq dəyişib ümumi etibarnamə kimi göstərərək Mehdiyev Şükür Hidayət oğluna satıblar və üzərinə 99 TT 746 nömrəsi vurublar. Behbudov Vüqarla aramızda söhbət olub və o, öz əməlini etiraf edib, buna sübut kimi səs yazıları da var. Bunu Məhəmməd Tağıyevə dəfələrlə deməyimə baxmayaraq, o, Vüqarı cinayət işinə cəlb eləmir, səbəb isə dediyinə görə gərək ilk öncə Sadıqov Daşqın tapılsın, dindirilsin, sonra Vüqarın izahatı alınacaq, yoxsa, əmələ hüquqi qimət vermək mümkün deyil. Amma Vüqar Behbudovun səs yazıları əksini deyir. Vüqar etiraf edir ki, onu dəfələrlə polis idarəsinə çağırıb səhərdən axşama kimi incidiblər, ifadəsini də alıblar. Məhəmməd Tağıyev 21.02.2020-ci il tarixdə avtomobilin üzərinə həbs qoyulması barədə vəsatətin məhkəməyə təqdimat verilməsi üçün prokurorluğa göndərilməsinə dair qərar qəbul etmiş və həmin qərar bu günə qədər Binəqədi rayon prokurorluğuna çatdırılmamışdır”.
Ə.Quliyevin ərizəsində göstərdikləri arasında daha təəccüblü budur ki, maşın 03.03.2020-ci il tarixdə təkrar satılaraq üzərinə 99 PX 608 qeydiyyat nişanı vurulmuşdur. Tağıyevin avtomaşına həbs qoyulması barədə vəsatəti prokurorluğa göndərməməsinin də səbəbi açıq-aşkar qərəzdən doğur. Tağıyev vəzifəsindən sui-istifadə edərək bir neçə dövlət məmurlarının adlarını çəkərək onlarla qohumluq əlaqələrinin olduğunu deyir və istədiyini edə biləcəyini gizlətmir”.
Şikayətçi məruz qaldığı dələduzluq əməlinin, aşkar müşahidə edilməsi mümkün saxtakarlıqların ictimailəşdirilməsini redaksiyadan xahiş etmişdir.
Ə.Quliyevin ərizəsinə qoşma edərək redaksiyaya göndərdiyi məktub və sənəd surətlərini nəzərdən keçirəndə bir detal diqqəti cəlb edir: Baş prokurorluğa etdiyi müraciətlər baxılması üçün sanki yazılmamış bir qayda (!) olaraq “aidiyyəti üzrə” Bakı şəhər prokurorunun özünə deyil, prokurorun müavini cənab Azər Əsgərova göndərilmişdir. Baş prokurorluq Ə.Quliyevin müraciətini hər dəfə Bakı şəhər prokurorluğuna göndərəndən sonra Bakı şəhər prokurorluğu da öz növbəsində eyni məzmunlu məktubu Binəqədi rayon prokurorluğuna göndərmişdir. Sadəcə olaraq nəticə barədə məlumatın müraciət müəllifinə verilməsinə qoyulan möhlətin tarixi dəyişilmişdir.
Nə etməli? Gözləməli ki, cinayətin törədilməsində şübhəli bilinən D.Sadıqov nə vaxt xaricdə karonaviriusa yoluxacaq və Vətəndə ölmək üçün sərhədi keçəcək?
Mövzuya qayıdacağıq.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
SMM Reseller Panel 23 aprel 2021 18:13
  Жалоба     
Admiring the persistence you put into your site and
in depth information you offer. It's nice to come across a blog every once in a while that
isn't the same old rehashed information. Fantastic read!
I've bookmarked your site and I'm adding your RSS feeds to my Google account. https://onlineslots12.blogspot.com/2021/04/just-how-conversion-process-fee.html
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO