Azərbaycan İdeyası

17 yaşlı oğlanı maşın vurdu

Tarix:29-07-2016, 21:31
Baxış Sayı:368

17 yaşlı oğlanı maşın vurdu
Lənkəranda piyadanı maşın vurub. Criminal.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Həmin kənd sakini, 17 yaşlı İlqar Əlizamin oğlu Yusifzadə yolu keçmək istəyərkən rayonun İstisu qəsəbə sakini, 39 yaşlı Zamir Balaxan oğlu Abbasovun idarə etdiyi “VAZ-2107” markalı, 42 BU 418 dövlət nömrə nişanlı minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş sürücü tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada İ. Yusifzadəyə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti stabil qiymətləndirilir. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı