Azərbaycan İdeyası

LƏNKƏRAN POLISININ ƏLAVƏ ARAŞDIRMASINDAN FƏRQLI NƏTICƏ GÖZLƏMƏYƏ DƏYƏRMI?

Tarix:19-11-2020, 11:29
Baxış Sayı:922

Lənkəran rayonu Liman şəhər sakini Eynulla Dadaşovun ona məxsus torpaq sahəsindən Şahmar Məlikov tərəfindən qanunsuz istifadə edilməsi barədə şikayət üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İsintaq bölməsində araşdırma aparılaraq toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlardan narazı qalmasını əks etdirən 07.07.2020-ci il tarixli “DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində “vətəndaşın müraciətinə baxmaq” nəyə deyilir?” sərlövhəli məqalə “Korrupsiya və Qanun” qəzetini internet səhifəsi olan “Korrupsiya-q.az” saytında dərc olunandan sonra redaksiya tərəfindən Baş Prokurora və Daxili Işlər Nazirinə məktublar göndərildi. Sonrakı bir aya yaxın müddətdə vətəndaş E.Dadaşov üç cavab məktubu almışdır. Əlbəttə, əgər onlara cavab demək olarsa.
Məktub müəlliflərindən Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi öz əvvəlki ampluasında - əvvəl yazdıqlarını nöqtəsinə-vergülünə toxunmadan təkrar köçürmək ənənəsinə sadiq qalmışdır. 13.07.2020-ci il tarixli 005-8477/3 saylı məktubda İdarə rəisinin müavini Anar Mirhəşimov bildirir:
“Torpaq sahənizdən qanunsuz istifadə edilməsi ilə bağlı tədbir görülməməsinə dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən daxil olmuş müraciətinizə tərəfimizdən baxılmışdır. Məlum olmuşdur ki, sizə məxsus torpaq sahəsindən Şahmar Məlikov tərəfindən qanunsuz istifadə olunması barədə şikayətiniz üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılaraq toplanmış sübulara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə CPM-nin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayətinizlə əlaqədar rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır. Müraciətiniz cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna göndərilmişdir”.
Eyni məzmunlu cavab redaksiyaya da verilmişdi. İdarə rəhbərliyi E.Dadaşovun artıq məhkəməyə müraciət etdiyini, Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049)-18/2019 saylı qərarı (E.Dadaşovun şikayətinin təmin olunması barədə) ilə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Huseynovun 20 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi faktının üstündən nədənsə sükutla keçir, xatırlamaq belə istəmir.
Amma ən azından bu suala - Görəsən, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən redaksiyamıza verilən cavab məktubunda ehtiva olunan “müəyyənetmə işi” hansı dövrü əhatə edib – T.Hüseynovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etdiyi 20 iyul 2019-cu il tarixə qədərki, yoxsa, Lənkəran Rayon Məhkəməsinin 6(049)-18/2019 saylı qərarının qəbul edildiyi 26 noyabr 2020-ci il tarixdən sonrakı? – sualına cavab tapmış olduq: Birinci dövrü!
E.Dadaşov baş prokurorun cavabının fərqli olacağına ümid bəsləyirdi. Çünki onun hesabınca bu vəzifədə Zakir Qaralovu Kamran Əliyevin əvəzləməsi nəyisə dəyişməliydi. Lakin Respublika Prokurorluğunun DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarovun imzası ilə şikayətçiyə göndərilmiş 13.07.2020-ci il tarixli məktubda yenə də müstəntiq Toğrul Hüseynovun 12 fevval və 20 iyul 2019-cu il tarixli qərarları xatırlanır və şikayətçiyə tövsiyə edilir ki, qərardan narazı qaldığı halda məhkəməyə müraciət edə bilər. Yenə də məlum məhkəmə qərarı və onun icrası barədə bircə kəlmə də yer almayıb.
Bir sualımıza da cavab tapdıq. Bəlkə T.Hüseynovu baş müstəniq vəzifəsində əvəzləyən Vurğun Məmmədov da öz sələfinin qərarını “təzələmişdir”? – Bəli, müstəntiq Vurğun Məmmədov da Toğrul Hüseynovu təkrarlayıbmış. Lənkəran rayon prokurorluğunun 34/5–20 saylı 20 iyul 2020-ci il tarixli məktubunda E.Dadaşova bildirilir ki, onun müraciəti ilə əlaqədar Lənkəran ŞRPİ-nin İstintaq Bölməsndə araşdırması aparılmaqla toplanmış H-1/08 saylı material rayon prokurorluğu tərəfindən öyrənilmiş, material üzrə İB-nin baş müstəntiqi polis mayoru Vurğun Məmmədov tərəfindən 01.03.2020-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqında qərar əsassız olduğu üçün 20.07.2020-ci il tarixli qərarla ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə qaytarılmışdır. Aparılan əlavə araşdırmanın nəticəsi barədə Lənkəran ŞRPŞ tərəfindən sizə məlumat veriləcəkdir”.
Ümid edək ki, məktuba imza atmış rayon prokuroru cənab Tariyel Ələkbərov əlavə araşdırmaya prosessual nəzarəti təmin edəcək. Hələlik təsəlliverici hal budur ki, rayon prokurorluğu polis müstəntiqinin qərarını elə ləğv etdiyi gün ləngimədən bu barədə şikayətçiyə rəsmi məktubla məlumat göndərmişdir. Görək, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin aparacağı əlavə araşdırmanın bu dəfə nəticəsi nə olacaq?


Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO