Azərbaycan İdeyası

Azərbaycanda yeni xidmət istifadəyə verildi - İtirilmiş sənədlərin tapılması üçün

Tarix:2-03-2017, 16:38
Baxış Sayı:573

 Azərbaycanda yeni xidmət istifadəyə verildi - İtirilmiş sənədlərin tapılması üçün


İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə "Poçtap” xidməti istifadəyə verilib.
Nəqliyyat, Rabitə vəYüksək Texnologiyalar Nazirliyi "Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində "Poçtap” xidməti istifadəyə verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Mia.az-a verilən məlumata görə, "Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.
Bu xidmət çərçivəsində tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunur, sahibləri axtarılır, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təslim edilir. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi istənilən poçt qutusuna ata və ya istənilən poçt şöbəsinə, eləcə də "Şəbəkə” xidmət mərkəzlərinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınmaqla avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılır və tapıldığı təqdirdə telefon mərkəzi əməkdaşı tərəfindən həmin şəxslə əlaqə yaradılır.
Eyni zamanda, sənədini itirmiş şəxs "Poçtap” xidmətinin rəsmi internet səhifəsindən - http://www.pochtap.az, "169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb-tapılmamasını öyrənə bilər və tapılmadığı təqdirdə itirilən sənədi axtarışa verə bilər.
Belə ki, http://www.pochtap.az internet səhifəsində "Sənədimi itirmişəm” bölməsini seçməklə müvafiq xanalara zəruri məlumatları daxil edərək,itirilən sənəd barədə elan yerləşdirmək mümkündür.
Bundan başqa, itirilən sənədlə bağlı "Poçtap” xidmətinin bazasında məlumatın olması, sənədin hazırki statusu, hansı poçt filialı və şöbəsində olması, saxlama müddəti ilə bağlı məlumat almaq üçün "Axtar” bölməsinə müvafiq məlumatları daxil edərək,axtarış etmək mümkündür.
Sənədi tapılan şəxs onu sənədinin mövcud olduğu filialdan əldə edə və ya telefon mərkəzinə müraciət edərək özünə yaxın poçt şöbəsinə çatdırılmasını sifariş edə bilər. Sənədin poçt müəssisələrində saxlanılma müddəti 10 gündür. Sənədin sahibinin xahişi ilə bu müddət 1 ayadək uzadıla bilər.
Qeyd edək ki, "Poçtap” xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyəyərək sənədi poçt şöbələrindən və "Şəbəkə” xidmət mərkəzlərindən təhvil ala bilər. Sənədin lazımi ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azər ekspress poçt” un xidmət tariflərinə uyğun hesablanır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
ghfgh 6 mart 2017 10:06
  Жалоба     
"Seagull" brand watches since 1955 has been replica rolex 60 years of history,rolex replica a strong technical foundation for the development of 60 years "Seagull" the manufacture of replica watches uk watches lay, has become a research and development, production, assembly, wristwatch sales of replica watches watches production base.
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO