Azərbaycan İdeyası

Aztelekom`dan təhlükəsiz internet xidməti

Tarix:20-02-2017, 17:42
Baxış Sayı:1 012

 Aztelekom`dan təhlükəsiz internet xidməti


“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif yaş qruplarına aid istifadəçilər üçün yeni, təhlükəsiz internet xidmətinin test rejimində tətbiqinə başlayıb
Qurumdan AzVision.az-a verilən məlumata görə, geniş seçim imkanı yaradan xidmət sürətli informasiya axınında istifadəçini arzuolunmaz məzmunlardan, viruslu, həmçinin zorakılığı təbliğ edən zərərli kontentlərdən, bir sözlə, internet təhlükələrindən qoruyur. “Aztelekom.net” internet provayderinin abunəçiləri üçün təklif edilən bu xidmət istifadəçiyə arzuolunmaz saytlardan müxtəlif müdafiə mexanizmləri təklif edir.
İstifadəçi “ağ siyahı” yaradaraq arzu olunan internet resurslarının siyahısını tərtib edə, eyni zamanda, təhlükəli hesab edilən resursları “qara siyahı”ya daxil edərək, onlardan istifadəni məhdudlaşdıra bilər.
Eyni zamanda, istifadəçinin istədiyi vaxt filtiri deaktiv edərək, arzu etdiyi web resurslara daxil olmaq, daha sonra isə onu aktiv edə bilmə imkanı mövcuddur.
Hazırda 9 rayon (Abşeron, İmişli, Naftalan, Göyçay, Şirvan, Lənkəran, Qəbələ, Oğuz və Hacıqabul TKQ-lər) ərazisində istifadəçilər xidmətdən test rejimində yararlanırlar. Yaxın zamanlarda təhlükəsiz internet xidməti Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün rayon və şəhərlərdə də tətbiq ediləcək.
Qeyd edək ki, bir qədər əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən “Bakinternet” istifadəçiləri üçün də təhlükəsiz internet xidməti istifadəyə verilib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı