Azərbaycan İdeyası

Ziya Məmmədovun nazir qudası da İlham Əliyevin qara siyahısındadır

Tarix:29-03-2017, 11:05
Baxış Sayı:345

  Ziya Məmmədovun nazir qudası da İlham Əliyevin qara siyahısındadır
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirib. Müşavirədə pambıqçılıq sektoruna birbaşa cavabdeh olan kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış etməyib. Maraqlıdır ki, H.Əsədovdan başqa bütün şəxslərin şıxışına şərait yaradılıb.
Müşavirədə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, “Gilan Holdinq”in Gilan kənd təsərrüfatı qrupunun pambıqçılıq üzrə müşaviri Bəhruz Camalov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, “ÇTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə çıxış etdilər.
H.Əsədovun "oyundankənar" vəziyyətdə qalmasına səbəb onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla quda olmasıdır.
"Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik ləğv edildikdən sonra sabiq nazirin yaxınları da siyasi hakimiyyətin qara siyahısına düşüb. Təbii ki, bu sırada sabiq nazirin qudası, kənd təsərrüfat naziri H.Əsədov ön sıradadır. Sabiq nazirin oğlu və KTN başçısının kürəkəni Anar Məmmədova, eləcə də onun atasına siyasi hakimiyyətin qəzəbi məlumdur. Və bu qəzəb Z.Məmmədovun qudasına da münasibətdə də özünü biruzə verir. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirədə H.Əsədova söz verilməməsi də buradan qaynaqlanır. Çox güman ki, yaxınlarda H.Əsədov da nazir kreslosu ilə vidalaşmalı olacaq" - deyə hakimiyyətdəki mənbə istiqlal.az-a bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO