Azərbaycan İdeyası

"Hacı pivəsi"nin tərkibində spirt var - XƏBƏRDARLIQ

Tarix:30-05-2017, 14:58
Baxış Sayı:319

 "Hacı pivəsi"nin tərkibində spirt var - XƏBƏRDARLIQ

Yay mövsümü və Ramazan ayının gəlişi ilə alkoqolsuz pivə ("Hacı pivəsi" adı ilə tanınır) məsələsi yenidən aktuallaşır. Əksəriyyətin sərinləşdirici içki kimi istifadə etdiyi "Hacı pivəsi"nə münasibət birmənalı deyil. Bəziləri akoqolsuz hesab edilən bu pivənin içilməsində heç bir qəbahət olmadığını bildirsə də, digərləri onun içilməsini doğru saymır. Nəfsinə hakim ola bilməyənlər isə "babalı istehsal edənin boynuna" deyib içir...
Korrupsiya və Qanun saytı xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev modern.az-a reallıqda "Hacı pivəsi" brendi olmadığını bildirib:
"Pivələrin tərkibində 12 faiz, "Hacı pivəsi"nin tərkibində isə 1 faiz spirt var. Pivə istehsalı ilə məşğul olan sahibkarlar, zavodlar bunu təsdiq edə bilər ki, tərkibinə spirt vurulmayan pivə qıcqırıb xarab olur. O cür pivəni içmək olmaz. Üstündə "sıfır faiz" yazılsa da, pivələrin tərkibində 1 faiz spirt var.
Xüsusilə Ramazan ayında yeməkdən-içməkdən və buyurulan digər məsələlərdən imtina edənlər, 1 ay müddətinə "Hacı pivəsi"ni içmədən də dayana bilərlər. İslam spirtli içkini qadağan edir. Ona görə də özümüzü aldatmayaq ki, onun tərkibində spirt yoxdur. Əksər yerdə içilsə də, bu pivənin adı "Hacı"dır, özü, sadəcə, spirti az olan pivədir".
O deyib ki, babalın kimin boynuna olmasından asılı olmayaraq, günah onu içənin ayağına yazılır:
"Hansısa yemək hazırlamaq olar ki, tərkibində konyak, çaxır yaxud başqa spirtli içkilər olsun. Yaxud satışda konyaklı şokoladlar satılır. Bu, o demək deyil ki, babalı konfet istehsal edənin boynunadır..".
R.Əliyev konfetin üzərində tərkibi barədə məlumat verildiyi halda, "Hacı pivəsi"nin üzərində "sıfır faiz" yazılmasını isə belə izah edib:
"Bunu yazmasalar belə, hamı bilir ki, spirtsiz pivə olmur. Və kimsə bunu bilə-bilə içib "babalı kiminsə boynuna deməsin"".
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO