Azərbaycan İdeyası

Bakı əhalisi nə içir? - Sorğu

Tarix:12-01-2017, 17:48
Baxış Sayı:338

  Bakı əhalisi nə içir? - Sorğu

“ACT Azərbaycan” 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində paytaxt əhalisinin hansı spirtli içkilərdən istifadə etməsi ilə bağlı sorğu keçirib.
Korrupsiya və Qanun saytı xəbər verir ki, “ACT Azərbaycan”ın apardığı sorğuya görə, son 6 ay ərzində şəhər əhalisinin dörddə biri (26%) spirtli içkilərdən istifadə edib. Alkoqollu içkiləri ayda bir dəfə içənlər nisbi üstünlük təşkil edirlər (25%). Onları spirtli içkilərdən ayda 2-3 dəfə istifadə edənlər izləyir (22%). Həftənin 2-3 gününü spirtli içkilərdən istifadə edənlər sorğuda 10% təşkil ediblər. 5% respondent isə alkoqollu içkiləri həftədə 1 dəfə içdiyini bildirib.
Bəs alkoqol sevərlərin damaq dadına hansı içkilər uyğundur ?
Respondentlər tərəfindən ən çox sevilib-seçilən içki araqdır (52 %). 17 % üçün viski əvəzolunmazdır. Şərabsevərlər 15 %-lə üçüncüdülər. 11 % respondent isə pivəni seçir. Cəmi 5 % şampan şərabının vurğunudur.
Azərbaycan cəmiyyətində qadınların spirtli içki qəbul etməsi birmənalı qarşılanmır. Qadın və alkoqol mövzusunun həssaslığını nəzərə alıb respondentlərdən alkoqol istifadə edən qadınlara qarşı olan münasibətlərini də öyrəndik. Məlum oldu ki, spirt qoxusunu qadına yaraşdırmayanlar çoxluq təşkil edir ( 72 %). Qadınların 77 %-i, kişilərin isə 67 %-i zərif cinsin spirtli içki marağını qınayır. Əsasən yaşlı nəslin nümayəndələri (55-64 yaş aralığı) bu hala qarşı çıxırlar (82 %).
Kişilərin spirtli içkilərə olan marağı da respondentlər tərəfindən birmənalı qarşılanmır. Qadınların 60 %-i, kişilərin isə 40 %-i güclü cinsin alkoqoldan istifadə etməsini pis qarşılayır. Xüsusilə də yaşı 65-dən yuxarı olan ahıl respondentlər içən kişiləri qınayır (64%).
Sorğu “ACT Azərbaycan” tərəfindən 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı