Azərbaycan İdeyası

Aqil Abbas təhsil nazirinə müraciət etdi: “Təhsil haqqını hissə-hissə ödəsələr, dünya dağılar?”

Tarix:14-08-2017, 17:19
Baxış Sayı:578

 Aqil Abbas təhsil nazirinə müraciət etdi: “Təhsil haqqını hissə-hissə ödəsələr, dünya dağılar?”


Bu il, təxminən, ali məktəblərə 36 min tələbə qəbul olunub ki, bunun da təxminən 26 mini ödənişli təhsilə düşüb.

Olsun, bazar iqtisadiyyatıdı, təhsilimizdə də bazarlıq gedir. Və dünyanın inkişaf etmiş ölkələrində də belə bir bazarlıq var. Məsələ nədi? Universitetlərə daxil olan tələbələr dərs ili başlamamışdan əvvəl bir illik təhsil haqqını bəri başdan ödəməlidirlər. Təhsil haqqı da 2000 manatdan başlayır, vurub kəllə-çarxa da çıxır. Yəni bir tələbənin ən aşağı bir illik təhsil haqqı bir illik minimum əmək haqqından 1.5 dəfə çoxdur. Kəllə-çarxa vurub çıxanlarınkı isə orta aylıq əmək haqqından çoxdur. Nəticədə yüzlərlə tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən kənarda qalır. Və universitetlər də nə qədər ziyana düşür.

Dünya dağılar bunu hissə-hissə ödəsələr, ya yarı-yarı ödəsələr? Nə qədər eşidirik, təhsil haqqını ödəyə bilmədiyinə görə kimlərsə intihar edib, ya intihara cəhd edib. Və yaxud övladının gözünə baxa bilmədiyinə görə valideyn intihar edib. Məcbur olub evini, çörək ağacı olan mal-heyvanını satan, borca düşən, bankların əsiri olan ata-anaları demirəm.

Hörmətli təhsil naziri Mikayıl Cabbarov, hörmətli rektorlar, bəlkə bir yerə yığılıb götür-qoy edəsiniz, bir əncam fikirləşəsiniz.

Ulu Öndər Heydər Əliyev deyirdi: «Təhsil millətin gələcəyidi».

Milləti gələcəksiz qoymayın!

Yuxarıda niyə yazdım ki, nazirin və rektorların oxuması qəti qadağandı? Fikirləşdim ki, oxuyub nə edəsidilər ki?!

Aqil Abbas
Milli Məclisin deputatı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO