Azərbaycan İdeyası

Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?

Tarix:2-02-2017, 14:54
Baxış Sayı:490

 Tələbələrimizin təhsil haqqı dərdi - Məbləğ bölünəcəkmi?
Azərbaycandakı bəzi universitetlərdə oxuyan tələbələrdən təhsil haqqının birdəfəlik ödənilməsinin tələb edilməsi zamanla gündəmə gəlir.
Korrupsiya və Qanun saytı xəbər verir ki, problem Milli Məclisin ötən gün keçirilən iclasında da dilə gətirilib. Millət vəkillləri Qənirə Paşayeva, Musa Quliyev çıxışlarında bildirib ki, tələbələrdən təhsil haqqını birdəfəlik ödəməyi tələb etmək düzgün deyil . Ödəniş hissə-hissə ödənilməlidir. Valideynlərin vəziyyətini nəzərə almaq lazımdır. Tələbələr imtahanlara buraxılmırlar və universitetdən xaric olunurlar.
Bu məqamda qeyd edək ki, bu günlərdə Bədən Tərbiyəsi və İdman Akademiyasınının yuxarı kurs tələbələri onlardan birdəfəlik ödəniş tələb edildiyi ilə bağlı saytımıza müraciət etmişdi. Onlar 2200 manat təhsil haqqının birdəfəyə ödəmək imkanında olmadıqlarını qeyd etmişdilər.
Məsələ ilə bağlı akademiyadan sorğumuza hələ ki, cavab verilməyib.
Həmin universitetin keçmiş rektoru, millət vəkili Ağacan Əbiyev də “Qafqazinfo”ya bildirib ki, onun universitetə rəhbərlik etdiyi dövrdə tələbələr təhsil haqqını hissə -hissə ödəyib:
“100 tələbədən 15-i bununla bağlı bizə müraciət edirdi. Deyirdilər ki, təhsil haqqını iki dəfəyə verək. Biz də onunla razılaşırdıq. Amma indi köhnə qaydanı ləğv ediblər. Hamısı birdəfəyə verilməlidir. Mən indiki rəhbərliyin qərarına hər hansı fikir bildirmək istəmirəm. Ancaq yaxşı olardı ki, təhsil haqqını iki dəfəyə versinlər”.
O bildirib ki, Azərbaycanda təhsil haqlarının ödənilməsi dünya təcrübəsindən fərqlidir: “Dünyada tələbələr təhsil haqqını birinci kursdan sonuncu kursa qədər hissələrlə ödəmək imkanına malikdir. Son 5 il ərzində ölkəmizdə 7000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu, bir ölkə üçün kifayət qədər böyük itkidir. Təhsil Xidməti Mərkəzimizə il ərzində yüzlərlə tələbə bununla bağlı müraciət edir. Milli Məclisdə ali təhsil haqlarının ödənilməsi ilə bağlı qanunvericilik qəbul edilsin.
Maarifçi Kredit Fondu yaradılıb. O da tələb edir ki, valideynlərin illik gəliri 10 min manatdan çox olmalıdır. Azərbaycanda valideynlərinin gəlirinin 10 min manatdan artıq olan şəxsin kreditə ehtiyacımı var? Bizim universitetlərin təhsil haqqı dünyada ilk 100-lüyün həcmindədir. Verdikləri təhsil isə aşağıdır. Bu il təkcə semestr imtahanlarında 4000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün imtahana buraxılmayıb. Bu saya həm kolleclər, həm də ali təhsil müəssisələrinin tələbələri daxildir”.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Özünü prokurorluq işçisi kimi təqdim edən şəxs HƏBS OLUNDU
Bakıda kişi telefona çox baxan arvadını döydü
Bakıda kişi telefona çox baxan arvadını döydü
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
BMT-də Azərbaycanın donor ölkəyə çevrilməsi vurğulanıb
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması subsidiyalaşdırılır
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN
İlham Əliyevdən məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli ilə bağlı FƏRMAN