Rəsulzadənin ev muzeyi AÇILMALIDIR – “AXC-100”-lə bağlı TƏKLİF
Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək. Bəs, bir çox mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?
Korrupiya və Qanun saytı silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə davam edir.
Azərbaycan mətbuat tarixi üzrə araşdırmaçı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az saytına açıqlamasında Cümhuriyyətin 100 illiyi ilə bağlı iki maraqlı təklif verib. Təkliflərin hər ikisi ev muzeyi ilə bağlıdır:
“Ən birinci Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyinin açılması daha məqsədəuyğundur. Deyərdim ki, bu, hətta gecikmiş addımdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dönəmində onun ev-muzeyi açılsa, bu, dövlətimizin ən təqdirəlayiq işlərindən biri olar. Daha sonra ümumi mühacirət muzeyinin açılmasına ciddi ehtiyac var. Bunu bizim həmkarımız Dilqəm Əhməd də dilə gətirib. Onun fikrinə qatılır və dəstək verirəm ki, mühacirətdə olan azərbaycanlılarla bağlı ümumi muzeyin açılmasına ciddi ehtiyac var”.
A. Aşırlı bildirib ki, eyni zamanda Cümhuriyyət dövründə Avropaya oxumağa gedən 100 azərbaycanlı tələbənin xatirəsinə ümumi bir muzeyinin açılmasına ciddi ehtiyac var.