Azərbaycan İdeyası

"Sabah" "Lill"dən daha bir gənc futbolçunu transfer edir

Tarix:15-05-2026, 16:30
Baxış Sayı:8


"Sabah" klubu Fransadan oyunçu transfer edir.

Oxu.Az xəbər verir ki, "Lill" komandasının vingeri Yunes Laşaabın adı Azərbaycanın "Sabah" klubu ilə hallanır.

Hücum xəttinin hər mövqeyində oynaya bilən, lakin əsasən sol vinger kimi çıxış edən 21 yaşlı futbolçu hazırda Fransanın "National 3" (E Qrupu) liqasında mübarizə aparan "Lill"in ehtiyat komandasında qeydiyyatdadır.

Laşaab həm Fransa, həm də Əlcəzair vətəndaşlığına malikdir. Boyu 1.76 metr olan futbolçunun dəyəri 50 000 avro olaraq qiymətləndirilir. Bu rəqəm rəsmi təklif göndəriləcəyi təqdirdə, onu "Sabah" üçün kifayət qədər sərfəli varianta çevirir.

Yunes Laşaab əsas Liqa 1 heyətində deyil, Fransanın beşinci divizionunda çıxış edən "Lill"in ikinci komandasının bir hissəsi olub.

Xatırladaq ki, bu, "Sabah"ın "Lill" klubundan ilk transferi deyil. Mövsümün əvvəlində icarə əsasında "Sabah"da çıxış edən Aaron Maluda ilə yanvar ayında dörd illik müqavilə imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı