Azərbaycan İdeyası

Əli Həsənovun istefası tələb olunur – Məcburi köçkünlərdən müraciət

Tarix:18-08-2017, 18:32
Baxış Sayı:1 380

 Əli Həsənovun istefası tələb olunur – Məcburi köçkünlərdən müraciət

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub.
Korrupsiya və Qanun saytı xəbər verir ki, Ağdam rayonunun bir qrup sakini tərəfindən Reyting.az saytına göndərilən müraciətdə qeyd edilir ki, Komitə sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avtoxuliqanlıq nəticəsində Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobili ilə törətdiyi dəhşətli qəza hökumət rəhbərlərindən birinin ailə üzvünün Prezident İlham Əliyevin hələ dörd il bundan öncə məmurlara etdiyi xəbərdarlığa sayğısızlıqdır.
Müraciət müəllifləri xatırladırlar ki, dövlət başçısı dörd il öncə, Bakı Biznes Mərkəzində “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də çıxaracağam. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”, – xəbərdarlığını etmişdi.
Müraciət müəllifləri hesab edir ki, əgər prezidentin dörd il əvvəl etdiyi xəbərdarlığa Ə.Həsənovun nəvəsi tərəfindən sayğısızlıq edilməsəydi iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası da baş verməzdi. Buna görə də, müraciət müəllifləri, prezidentin xəbərdarlığının əksinə gedib, belə ağır faciəyə səbəb olan şəxsin ailə böyüyü Ə.Həsənovun mötəbər vəzifə tutmasını doğru saymır və onun istefaya göndərilməsini xahiş edirlər.
Müraciət müəllifləri Ə.Həsənovun 1998-ci ilin sentyabrından bu günə kimi rəhbərlik etdiyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinin araşdırılmasını da təklif edir, bütün məcburi köçkünləri Əli Həsənovun istefası tələbinə qoşulmağa çağırırlar.
Qeyd edək ki, müraciəti Ağdam rayon sakinləri Yavər Misir oğlu Nəsirov, Möhübbət Süleyman oğlu Süleymanov, Misir Şura oğlu Quliyev və digər şəxslər imzalayıblar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO