Azərbaycan İdeyası

Nəvəsi ağır qəza keçirən Əli Həsənov danışdı: "Hər bir məmur öz övladına nəzarət etməlidir"

Tarix:4-08-2017, 16:16
Baxış Sayı:374

 Nəvəsi ağır qəza keçirən Əli Həsənov danışdı: "Hər bir məmur öz övladına nəzarət etməlidir"

Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir?".

Korrupsiya və Qanun saytı primetime.az-a istinadən xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov 2014-cü ildə mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir: "Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir". Qeyd edək ki, ötən gün biri "Mercedes Gelandewagen" olmaqla iki maşın Heydər Əliyev prospektində ötüşüblər. Bu zaman "Gelandewagen" yolu keçmək istəyən piyadanı vurub. Hadisə zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus10 PP 203 dövlət nömrə nişanlı "Gelandewagen" aşıb və yanmağa başlayıb. Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində Nail Allahverdiyev ağır yaralanıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı