Azərbaycan İdeyası

"AĞ ŞƏHƏR" LAYİHƏSİ ÜÇÜN ALINAN TORPAQLARA GÖRƏ TƏKLİF OLUNAN KOMPENSASİYALAR MÜLKİYYƏTÇİLƏRİ QANE ETMİR

Tarix:23-08-2017, 15:15
Baxış Sayı:474



"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləöinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Həmin qanunun 56-cı maddəsinin 1-ci bəndinin 2-ci hissəsi bu qanuna əsasən alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən mövcud inflyasiyanın nəzərə alınmasını, 66-cı maddəsi isə alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verilməsini təsbit edir. Lakin yerlərdə torpaqların dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyalar alınmanın təsirinə məruz qalan şəxslərə təklif olunarkən qeyd olunan maddələrin tələbləri bir çox hallarda nəzərə alınmır ki, bu da torpaq mülkiyyətçilərinin haqlı narazılıqlarına səbəb olur.
Bakının Xətai rayonu Turşu küçəsi ev - 25 C ünvanda yaşayan Babayev Nizami Məhərrəm oğlu redaksiyamıza ərizə ilə müraciət edib. Bildirir ki, o, 1997-ci ildə Xətai rayon İcra Hakimiyyətinin (RİH) sərəncamı ilə ayrılmış torpaq sahəsində müasir standartlara uyğun dəmir-beton konstruksiya ilə inşa etdiyi fərdi yaşayış evində yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiqlədiyi şəhər və bölgələrimizin inkişaf etdirilməsi və abadlaşdırılması proqramının davamı olaraq 2012-ci ildə Bakı şəhər Şəhərsalma və Şəhərabadlaşdırma işləri başlayan "Ağ Şəhər" layihəsi ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayonu Turşu küçəsi ünvanındakı evlərin mərhələli köçürülməsinə başlanılmışdır və bu köçürülmə hal-hazırda da davam etdirilir.
Babayev yazır ki, sakinlər tikinti meydançasında yaşadıqları və geridə qoyduqları bu son il müddətində Xətai RİH-nin bir sıra cavabdeh məmurları tərəfindən insanlara və insanlığa zəruri olan heç bir yaşayış minimumu ilə təmin olunmayıblar. Kommunal xidmətlər olduqca aşağı, demək olar ki yox səviyyəsindədir.
Şikayətçi qeyd edir ki, əmlakı 320 kv.metr sahəsi olan özəl evdən, həyətdə inşa etdiyi 80 kv.metrlik köməkçi tikilidən və 6 sot özəl torpaq sahəsindən ibarətdir: "Mən bir neçə dəfə Xətai rayon söküntü komissiyası tərəfindən qərargaha çağırılmışam və mənə təklif olunan kompensasiya ilə razılığa gələ bilməmişik. Çünki sökmə komissiyası təfəfindən "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun maddələri, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin təsdiq etdiyi "Texniki Təlimat"ın 1.11 bəndinə əsasən daşınmaz əmlakın qiymətləndirilməsi çöl ölçülərlə müəyyən edilməsi, torpağın bazar qiymətinin müəyyən edilməsi, ödəniləcək kompensasiya qiymətləndiruilərkən mövcud inflyasiya, əsas kompensasiyanın 20 %-i həcmində əlavə kompensasiya hesablanaraq əsas kompensasiyanın üzərinə əlavə olunması və digər amillər komissiya üzvləri tərəfindən nəzərə alınmır".
Babayev öz ərizəsində Prezident İlham Əliyevin 16 aprel 2012-ci il tarixdə Nazirlər Kabinetinin iclasında söylədiyi yekun nitqindən sitat gətirmişdir: "Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadrat-metrə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar".
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, cənab Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən hüquqi dövlətimizin vətəndaşı kimi Prezidentimizin Nazirlər Kabinetinin məlum iclasındakı çıxışını, "Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında" AR Qanununu rəhbər tutan Babayev redaksiyadan xahiş edir ki, onun əmlakının tam qiymətləndirilməsi, kompensasiyanın düzgün hesablanılması və hüquqlarının bərpa olunması tələbi qəzet vasitəsilə əlaqədar dövlət qurumlarının diqqətinə çatdırılsın.
Göründüyü kimi, Babayev alınmaya məruz qalan əmlakına sahiblik hüququna sözügedən layihədən xeyli əvvəl yiyələnmişdir. Layihəyə 2012-ci ildə start veriləndən sonra ölkəmizdə iki dəfə - 2015-ci ilin fevral və dekabr aylarında devalvasiya baş vermişdir. Bundan əlavə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 66-cı maddəsinin 2-ci bəndində göstərilir ki, çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. 66-cı maddənin 4-cü bəndinin 4-cü hissəsində isə təsbit olunub ki, alınan yaşayış sahəsində 10 ildən artıq müddət yaşamış şəxsə ödəniləcək məbləğə çətinliyə görə 10 % əlavə kompensasiya ödənilməlidir. Beləliklə, 1997-ci ildən məlum ünvanda yaşayan Babayev sadalanan əlavə kompensasiya növlərinin hər ikisini də almalıdır.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO