Azərbaycan İdeyası

Ukraynada tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli 18 günlüyə həbs edilib.

Tarix:17-10-2017, 16:46
Baxış Sayı:266

 Ukraynada tutulan azərbaycanlı jurnalist Fikrət Hüseynli 18 günlüyə həbs edilib.


Bu haqda qərarı Borispol Məhkəməsi verib.
Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir.
Vəkil qərarla razılaşmadıqlarını bildirir. Qısa zamanda apellyasiya şikayəti veriləcək. F.Hüseynlinin Hollandiyadan siyasi sığınacaq alması barədə bilgilər də apellyasiya məhkəməsi zamanı təqdim ediləcək.
Xatırladaq ki, 41 yaşlı journalist oktyabrın 14-də Ukraynanın Dövlət Sərhəd Xidməti ftərəfindən saxlanılıb.
Yaxınlarının verdiyi məlumata görə, Azərbaycanda ona qarşı CM-in 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir.
Fikrət Hüseynli müxalif "Azadlıq" qəzetinin əməkdaşı olarkən 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamşdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə, kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.( [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO