Azərbaycan İdeyası

Xədicə İsmayılın pul tələbi təmin edilmədi

Tarix:19-10-2016, 13:09
Baxış Sayı:431

Xədicə İsmayılın pul tələbi təmin edilmədi
Jurnalist Xədicə İsmayıl Baş Prokurorluqdan kompensasiya iddiası üzrə məhkəmə prosesi başlayıb. Bu barədə Lent.az-a vəkil Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, Səbael rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə prosesdə jurnalistin iddiası təmin edilməyib. Vəkil bildirib ki, qərardan apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Xədicə İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Jurnlalist 91 gün qanunsuz olaraq həbsdə saxlandığı üçün Baş Prokorluqdan 29 min 30 manat kompensasiya tələb edib. Onu da qeyd edək ki, Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.

O jurnalist Tural Mustayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib. X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib.

Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib. Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı