Azərbaycan İdeyası

Şəhid qızının ölümünü araşdıran müstəntiq işdən çıxarıldı - SƏBƏB

Tarix:12-02-2018, 14:01
Baxış Sayı:260

  Şəhid qızının ölümünü araşdıran müstəntiq işdən çıxarıldı - SƏBƏB

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işini araşdırmış müstəntiq vəzifəsindən kənarlaşdırılıb.
Səbail rayon Polis İdarəsinin müstəntiqi Vüqar Abbasovun sərəncama götürüldüyü bildirilir.
Məlum olub ki, Vüqar Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı Rəhim Rəhimovun yox, onların ailə sürücüsü olan Əmrulla Şahbazovun törətdiyi göstərilib.
Rəhim Rəhimovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılır.
İttihama görə, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Cip Qrand Çeroki” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Sürücü isə hadisə yerindən qaçıb.
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası aparılıb.
Pofilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gələrək özünü istintaqa təqdim edib.
Qeyd edək ki, Rəhim Rəhimovun atası Akif Rəhimovun Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.
Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri cinayət işinin araşdıran müstəntiqin dindirilməsi barədə qərar qəbul edib.
Fevralın 13-də keçiriləcək iclasda cinayət işinin araşdıran müstəntiq Vüqar Abbasovun dindiriləcəyi gözlənilir.(ölkə.az)
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır Media ekspertləri internet əxlaqsızlığına qarşı... Kişilər qadınlardan daha məntiqli düşünürlər - FƏRQLƏRDədə Şəmşirin vəfatının 38-ci ildönümü qeyd edildi - FOTOLARMəsciddə partlayış törətməyə çalışan şəxs həbs edildi İdrak Liseyi - Keyfiyyətli təhsil N.Tusi adına Klinika
Müsahibə“Ailə cəmiyyətin əsası və insanlığın akademiyasıdır” - MÜSAHİBƏCəmiyyət Bakıdan Bərdə-Ağdam istiqamətinə sərnişin qatarı getməyəcək Maraqlı Ləl-cəvahirat ilbizdən yaranır – Elmi-lədun araşdırma İqtisadiyyat Millət vəkili Baltik Assambleyasında “Azərbaycanda alternativ enerji” mövzusunda çıxış edib Gündəm “Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO