Azərbaycan İdeyası

Fərhad Əliyevin qohumuna 2 il cəza verildi — Hökm

Tarix:21-02-2018, 14:24
Baxış Sayı:382

Fərhad Əliyevin qohumuna 2 il cəza verildi — Hökm


Fərhad Əliyevin qohumuna 2 il cəza verildi
Hadisə Bakıda dələduzluqda təqsirləndirilən Vəlixan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Korrupsiya-q.az-ın məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vəlixan Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Vəlixan Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumudur. O, Bakı şəhəri kiçik özəlləşdirmənin təşkili şöbəsinin rəisi vəzifəsində işləyib.
Vəlixan Əliyev uzun müddət hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilib. O, ötən il həbs edilib.
Qeyd edək ki, Fərhad Əliyev 2005-ci il oktyabrın 19-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.
Onunla birlikdə qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun Direktorlar Şurasının sabiq sədri Rafiq Əliyev də həbs olunub.
Korrupsiya cinayətlərində ittiham olunan Əliyev qardaşları 2007-ci ildə mühakinmə olunublar. Həmin ilin oktyabrın 25-də Fərhad Əliyev 10 il, Rafiq Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib. 14 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında Fərhad və Rafiq Əliyev qardaşları azadlığa buraxılıb.
Qeyd edək ki, Fərhad Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və sabiq nazirin digər qohumu Ramiz Əliyev onun cinayət işi ilə bağlı 2010-cu ildə Ukraynanın Odessa şəhərində həbs edilib.
Rafəddin Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.
Onun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb.
2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafəddin Əsgərov 11 il, sabiq Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO