Azərbaycan İdeyası

SIĞIRLI KƏND MƏKTƏBİNİN PROBLEMLƏRİNİ HƏLL ETMƏKÇÜN DƏ ƏLAHİDDƏ PREZİDENT SƏRƏNCAMLARI LAZIMDIR?

Tarix:24-04-2018, 13:24
Baxış Sayı:531



--------------------------------------------------------------------------------------------------------------------
"Sığırlı məktəbi sirli bir xəzinədir - bilik xəzinəsi yox, gəlir xəzinəsi. Xahişim budur, bu xəzinənin sirrinin açılmasında bizə kömək edəsiniz" - Kürdəmir rayonunun Sığırlı kənd sakini Çoban Həmzəyev tərəfindən redaksiyamıza yazılmış ərizədən bu sözlərin altını cızmağı məqsəduyğun hesab etdik.
Həmzəyev yazır ki, Sığırlı kənd məktəbi 2013-cü ildə tam inşa olunub. Qeyd edir ki, müharibə şəraitində yaşayan bir ölkənin məktəbində hərbi hazırlıq fənn kabineti yoxdur. Həmçinin tibb otağı, kompüter otağı da yoxdur. 2017-ci ildə Təhsil Nazirliyinə müraciət etdiyini yazan Həmzəyev ərizəsinə baxılmadığını qeyd edir: "Soruşa bilərsiniz i, niyə baxılmadı. Ona görə ki, rayon təhsil şöbəsi və Sığırlı kənd məktəbi monopoliya altındadı, Nazirliyin deyil, kimlərinsə şəxsi nəzarətindədi. Son illərdə rayon təhsil şöbəsinə müvəqqəti olaraq müdirlər təyin olunub. Kəndimizin orta məktəbinə də ayrı-ayrı vaxtlarda üç direktor təyin edilib. Yəni, gəlirlər, təhsillə "zər" atırlar, "du-bir" düşdüsə - çıxırlar, "şeş-qoşa" atırlarsa - təhsili unudurlar".
Həmzəyev belə nəticə çıxarıb ki, rayonda təhsil şöbəsinə müdir, Sığırlı məktəbinə də direktorluq edə bilmək üçün imtahan verə biləcək səviyyədə savadlı kadrlar yoxdur: "Kənddə gəzən söz-söhbətlərə görə, məktəbə direktor təyin olunmaq üçün gərək 2500-3000 manat Məşədi İbad demişkən, "bığ yağı" verməlisən". Xatırlayır ki, kənd sakinlərindən Əzizova Əfsusə Ələstan qızı bir vaxt Təhsil Nazirliyinə bu və başqa nöqsanlar barədə ərizə iə müraciət edibmiş. Onun müracətinə baxılmaması bir yana, hətta oğlunu həbs etdirəcəkləri ilə hədələyiblər.
Xatırladaq ki, "Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 mart 2018-ci il tarixli Sərəncamına əsasən Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Həmin çərçivədə Kürdəmir rayonunun Bağman, Öyləqulu və Təklə kəndlərinin hərəsində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 1170000 (390000 x 3) manat vəsait ayrılması nəzərdə tutulub. Görünür, Sığırlı kənd orta məktəbinin problemlərini həll etməkçün də əlahiddə prezident sərəncamı (sərəncamları) lazımdır.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO