Azərbaycan İdeyası

Aptekçi məktəb direktoru təyin olunub- saxta diplomla

Tarix:25-07-2017, 13:24
Baxış Sayı:702

 Aptekçi məktəb direktoru təyin olunub- saxta diplomla

Təəssüflər olsun ki, bu gün rəsmi dövlət qurumları tərəfindən məlumat verilir ki, müəyyən sayda şəxslər saxta sənədlərdən istifadə edərək, qanuni olmayan diplomlarla orta məktəbdə çalışırlar. Əlbəttə ki, bu saxta sənədlərdən istifadə edərək fəaliyyət təkcə təhsil sahələrində deyil, bütün fəaliyyət sahəsində ciddi araşdırma aparılsa, ortaya çıxacaq. Çünki TQDK (DİM) 2014-cü ildə məlumat yayıb ki, 1992-ci ildən 2014-cü ilə qədər diplom almış 24 mindən çox insan bu qurumun imtahanlarında yetərli bal toplamayıb və elektron bazada onlar haqqında məlumat yoxdur. Bu adi xəbər, adi informasiya deyil. Bu cinayət işidir. Təkcə ona görə yox ki, onlar saxta sənədlərdən istifadə edərək fəaliyyət göstərirlər, həm də ona görə ki, onlar bu addımı atmaqla böyük sayda insanın haqqını tapdalayıblar. Saxta diplomla fəaliyyət göstərən müəllimləri işdən azad etməklə işi bitmiş hesab etmək olmaz, onları işə qəbul etmiş, sənədləri qəbul etmiş, buna göz yuman bütün şəxslər azad edilməli, onlara bu müddət ərzində ödənmiş bütün əmək haqqı geri alınmalıdır.
Bu fakt var, kimlər saxta diplomla fəaliyyət göstərir bu məlumdur, amma aidiyyəti dövlət orqanları buna hələ də rəsmi münasibət bildirməklə işlərini bitmiş hesab edirlər. Onlar həmən an işdən azad edilməlidir. Bunun üçün nəyisə gözləmək lazım deyil. Hansı məktəblərdə müəllimlər saxta diplomla fəaliyyət göstərirsə o məktəbin direktoru, təhsil şöbəsinin müdiri işdən azad edilməlidir. Bu xalqa, təhsilə, dövlətə qarşı ağır cinayətdir”. O, deyib ki, məktəb direktorları vakansiyanı nazirliyə vermək yerinə, ora saxta sənədlərlə adamlar qəbul ediblər. Hər halda işə götürənlər kimi işə götürülənlər də məsuliyyət daşıyırlar. Amma müəllimləri saxta diplomla işə götürənlər daha çox məsuliyyət daşıyır.
Daxil olmuş məlumatda deyilir ki, saxta diplomlu müəllimlərdən biri də Ağdam rayonu, Hacı Tural kənd orta məktəbinin direktoru Aslanov Pərviz Cəfər oğludur.
O 1999-cu ildə orta məktəbi bitirsə də ali məktəbə daxil ola bilməyib. 2000-ci ildə kimlərinsə köməyi ilə Mingəçevirdə o vaxt fəailiyyət göstərən, ölkənin ən qalmaqallı təhsil müəssisəsi sayılan “San Marino” universitetinin birbaşa 2-ci kursuna qəbul olunur.
Lakin az keçmir həmin universitet bağlanır. 2004-cü ildə Pərviz Aslanov adı qalmaqallarda olan başqa institutun- Mingəçevir Müəllimlər İnstitunun diplomunu əldə edir.
Diplom aldıqdan sonra Əfətli kəndindəki məktəblərdən birinə direktor müavini təyin olunur. Lakin 2011-ci ildə adı qalmaqalda hallanır və daxili əmrlə Mingəçevirdəki Ağdam məktəblərindən birinə müəllim kimi göndərilir.
Orada adı məktəbdə getsə də faktiki olaraq şəhərdəki apteklərin birində çalışır, dərman satır.
2016-cı ildə isə kimlərinsə köməkliyi ilə Hacı Tural kənd məktəbinə direktor təyin olunur.
Qeyd edək ki, Pərviz Aslanovun TQDK-nın nə 1999, nə də 2000-ci il siyahılarında adı yoxdur. Saxta diplomla işə təyin olunub. Düşünürük ki, həm Təhsil Nazirliyi , həm də prokurorluq orqanları bu faktı araşdırmalıdırlar.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq