Azərbaycan İdeyası

Təhlükəli GMO məhsulları bazara ayaq açıb

Tarix:26-04-2018, 12:24
Baxış Sayı:407

Təhlükəli GMO məhsulları bazara ayaq açıb


Eyyub Hüseynov: "GMO sürətlə irəliləyir, bütün dünyada özünə yer tapır"
Bu gün insanlar arasında təhlükəli xəstəliklərin baş alıb getməsinin əsas səbəblərindən biri də ekologiya və qida ilə bağlıdır. Bazarlarda satılan meyvə-tərəvəzin böyük əksəriyyəti orqanizmə zərərli olan maddələrin köməyi ilə yetişdirilir. Həmçinin GMO məhsulları da Azərbaycan bazarlarına ayaq açıb ki, bu da insanlar üçün əsl təhlükəyə çevrilib. Hər meyvəni öz fəslində yeməyə səbri çatmayan insanların yaratdığı tələbat hələ aprel ayından bazarlara çiyələk, alça kimi müxtəlif dərmanlarla istixanalarda yetişdirilən və geni dəyişdirilmiş meyvələrin çıxmasına səbəb olub. Bu da son vaxtlar xüsusən də azyaşlılar arasında müxtəlif mədə-bağırsaq infeksiyalarının yayılmasına gətirib çıxarıb.
Bəs, görəsən, bir çox hallarda orqanik məhsullardan fərqləndirə bilmədiyimiz GMO məhsulların orqanizmimizə nə qədər ziyanı var?
Təhlükəli GMO məhsulları bazara ayaq açıb
Əvvəlcə onu qeyd edək ki, genetik modifikasiyaya məruz qalmış məhsullar gendəyişmə sənayesinin köməyi ilə əldə edilib. Səbəb isə odur ki, geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olur. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur. Bu məhsullar ilk dəfə istehsal olunanda, onlar 3-cü dünya ölkələri və Afrika ölkələrinə ixrac üçün nəzərdə tutulub.
GMO ile ilgili görsel sonucu
GMO - Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Belə ki, orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir. Məsələn, kartofa əqrəb genləri daxil edilir və bu da onun ziyanvericilərə qarşı müqavimətli olmasına, daha məhsuldarlığına gətirib çıxarır.
GMO-nun insan orqanizminə nə dərəcədə zərərli olması ilə bağlı dünyada fikir ayrılığı mövcuddur. Xaricdə məhsulun orqanik və ya GMO olması üzərində qeyd olunmaqla istehlakçıya seçim imkanı yaradılır. Azərbaycanda isə bir çox hallarda aldığımız məhsulun hansı növdən olması haqda məlumatlar gizlənilir.
İstehsalçılar üçün GMO məhsullarının sərfəli cəhəti odur ki, onları uzun müddət saxlamaq olur, belə məhsullar gec xarab olurlar. Bu məhsulları yetişmə dövründə qurdlar və ya başqa bakteriyalar zədələyə bilmir. GMO məhsullarının hamısı təxminən eyni ölçüdə olur, daha parlaq görünür. Hətta onları kəsib saxladıqda, nə rəngi, nə də forması dəyişir.
Eyyub Hüseynov ile ilgili görsel sonucu
Təhlükəli GMO məhsulları bazara ayaq açıb
Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda bazarlarda satılan aqrar məhsulların potensial təhlükəsindən danışdı: "Kənd təsərrüfatı məhsullarına çoxlu nitratlar verilir ki, bu da orqanizm üçün zərərlidir. Bu işlə Qida Təhlükəsizliyi Agentliyi məşğul olmalı və məhsulların tərkibinə nəzarət etməlidir. Qida Təhlükəsizliyi Agentliyinin qarşısında məsələ qoyulub ki, tarladan istehlakçının süfrəsinə qədər məhsulun keçdiyi yolu izləsin. Hazırda isə kəndli məhsula istədiyi qədər gübrə verir. Gərək Qida Təhlükəsizliyi Agentliyinin işçiləri daim tarlalarda nəzarət həyata keçirsinlər ki, fermerləri bu işdən çəkindirsinlər. Azad İstehlakçılar Birliyi olaraq biz əhalinin şikayətlərini qəbul edirik və onları maarifləndiririk. Buradan da demək istərdim ki, vaxtında bazara çıxmayan meyvələr arzuolunmazdır. Belə meyvələri almasınlar".
Bazarlarda GMO məhsullarının satışına gəlincə, ekspert bildirdi ki, bu, ilk növbədə ekspertiza ilə təyin olunmalıdır:"Toxumu bar verməyən, içərisində toxumu olmayan meyvələrin GMO olma ehtimalı var. Lakin bunu yalnız laboratoriya şəraitində sübut etmək olar. Laboratoriyalar da mükəmməl deyil. Bu sahədə problem yaşanır. Biz Qida Təhlükəsizliyi Agentliyindən GMO-ya qarşı mübarizə gözləyirdik. Lakin Qoşqar Təhməzlinin çıxışlarından görürük ki, o GMO-nun lobbiçiliyini aparır. Cənab prezidentin GMO-nun məhdudlaşdırılmasına dair çox böyük iradəsi var. Lakin təəssüflər olsun ki, biz vəziyyətin yumşalmasını görürük. GMO sürətlə irəliləyir, bütün dünyada özünə yer tapır. Çox güman ki, Azərbaycanda özünə yer tutacaq".
E.Hüseynov onu da vurğuladı ki, GMO-nun lobbiçiliyi üçün çox böyük pullar xərclənir: "Ümumdünya Səhiyyə Təşkilatının emissarları dəfələrlə bizim ofisdə olublar və məni inandırmağa çalışırlar ki, GMO yaxşıdır və onu təbliğ edin. Azərbaycanda da GMO-nun tərəfdarları meydana çıxıb, lakin əleyhdarları da az deyil. Azərbaycan GMO əleyhinə bir çox beynəlxalq protokollara qoşulub, dövlət başçısının sərəncamlarında bu məsələ qeyd olunub. Azad İstehlakçılar Birliyi bütün gücü ilə mübarizə aparacaq ki, GMO Azərbaycana kütləvi halda gəlməsin. GMO ətraf mühitin biomüxtəlifliyini pozur, insanlarda sonsuzluq yaradır, tibb üçün müəmmalı olan xəstəliklərin başlanğıcını qoyur". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO