Azərbaycan İdeyası

Qida Təhlükəsizliyi Agentliyindən 6 manatlıq “nehrə yağı”nın satışına REAKSİYA

Tarix:5-04-2018, 15:34
Baxış Sayı:341

 Qida Təhlükəsizliyi Agentliyindən 6 manatlıq “nehrə yağı”nın satışına REAKSİYA



“Fürsət bu fürsətdir” deyib işə qoşulan işbazlar quru süd, marqarin, palma yağından hazırlanmış “nehrə yağı”nı əhaliyə sırımaqda davam edir. Əlbəttə, 6-7 manata təklif edilən “nehrə yağı” 17-18 manatlıq kərə yağının yanında çox cəzbedici görünür. Onsuz da cibindəkilər keyfiyyətsiz məhsula çatan kasıb ya aldandığının fərqində deyil, ya da bunun fərqində olmaq ona sərfəli deyil...
Nəticə etibarilə isə bu yağlar sağlamlığa ciddi zərər vurur. Fəsadlarını isə yaxın gələcəkdə yaşayacağıq. Bunu biz yox, həkimlər deyir.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Rəşad Mafusov -Qiymət baxımından tənzimləməni bazar həyata keçirir:
“Hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər. Qiymətin aşağı olması həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olması anlamına gəlmir. Yalnız aparılmış laborator mayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar.
Qida Təshlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı bir məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir. Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hər hansı bir qənaət, fərziyyət və ya şübhə məhsulun keyfiyyətsiz olması üçün əsas deyil.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.
R.Mafusovun sözlərinə görə, Agentlik fəaliyyətə başladıqdan sonra risk dərəcəsi əsasında bütün qrup qida məhsullarının təhlükəsizliyinə nəzarət edəcək:
“İstehlakçıların hüquqlarını müdafiəsi sahəsində müvafiq qanunvercilikdə nəzərdə tutulmuş qaydada qarşısına qoyulmuş vəzifələrin icrasını həyata keçirəcək”.
Aparat rəhbəri sonda “Agentliyin ünvanına “nehrə yağı” ilə əlaqədar şikayət faktı daxil olmayıb”,deyə bildirib.(Modern.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı