Azərbaycan İdeyası

ASTARANIN BAŞ HƏKİMİ MÜXBİRİMİZİ BİR İLDƏ İKİNCİ DƏFƏ ŞƏRLƏDİ - VİDEO

Tarix:7-11-2018, 13:11
Baxış Sayı:1 469

"Korrupsiya və qanun" qəzetinin 21 sentyabr 2018-ci il tarixli 06 (68) - ci nəşrində 7-ci səhifədə yer alan "Kinli baş həkim" sərlövhəsi altında Astara rayonunun Ərçivan qəsəbəsi sakini, bölgə müxbirimiz Tağı Xatəm oğlu Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq Şikayət Ərizəsini dərc etmişdik.
Tağı Quliyev bildirirdi ki, Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev tərəfindən dəfələrlə ona qarşı haqsızlıqlar olunub, insan hüquqları tapdalanıb, bu ilin mart ayında şər və böhtanla baş həkim tərəfindən məhkəməyə verilmişdir. O vaxt Əlövsət Əliyevin əsassız iddiası Astara rayon Məhkəməsi tərəfindən rədd edilmişdir. Quliyevin şikayətinin mahiyyəti ondan ibarətdi ki, ailə vəziyyətinin acınacaqlı olduğundan, səhhətində yaranmış ciddi problemin aradan qaldırılmasıyla bağlı Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Oqtay Şirəliyevə və İnsan Hüquqları üzrə Baş Müvəkkil xanım Elmira Süleymanovaya müraciət edibmiş. Aldığı cavab məktubundan ona məlum olub ki, dövlət hesabına İxtisaslaşmış Xəstəxanada müayinə və müalicə olunması Astara rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə tapşırılıb. Bununla bağlı Astara RMX-nın baş həkimi Əlövsət Əliyev öz köhnə prinsiplərini irəli sürərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Tağı Quliyevin qanuni tələbələrini rədd edərək müayinə və müalicəsini həyata keçirməkdən imtina etmişdir. Hesab edirdi ki, Astara RMX rəhbərliyinin səhlənkarlığı nəticəsində get-gəldə qaldığı dövr ərzində ona 180 (bir yüz səsən) manat maddi ziyan dəymişdir. Dövlət başçısından xahiş edirdi ki, Astara RMX-nın baş həkimi Əlövsət Əliyev tərəfindən bilərəkdən ona yetirilmiş zərəri məbləği - 180 (bir yüz səksən) manat nağd pulun alınaraq özünə verilməsi təmin olunsun. Bütün bu olanlarla bağlı o, Astara rayon İcra Hakimiyyətinə, Astara rayon prokuroruna və Səhiyyə naziri cənab Oqtay Şirəliyevə şikayət ərizəsilə müraciətlər etmişdi. Əmin idi ki, cənab Prezidentin konstruktiv müdaxiləsi sayənsində tezliklə haqq-ədalət bərpa olunacaq.
Tağı Quliyevin redaksiyaya təqdim etdiyi materiallar sırasında Astara rayon Məhkəməsinin İnzibati Xəta Haqqında İş Üzrə 27 mart 2018-ci il tarixli Qərarı da vardı. Həmin materialdan bəlli olurdu ki, Astara RMX-nın baş həkimi Əlövsət Əliyev Tağı Quliyevin onu 16 mart 2018-ci il tarixdə, saat 09:00 radələrində Astara Rayon Mərkəzi Xəstəxanasında mübahisə edərək söyməkdə ittiham etmişdir. Materialdan görünürdü ki, məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edib ki, təqdim olunmuş sübutlarla istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Quliyev Tağı Xatəm oğlunın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir.
Bütün bunlar bir daha sübut edirdi ki, Ə.Əliyev T.Quliyevə qarşı qisasçı və kinli münasibətdədir. T.Quliyev ümid edirdi ki, məsələ yüksək səviyyədə araşdırılandan sonra həm baş həkimin əməllərinə hüquqi qiymət veriləcək, həm də özü zərərçəkən qismində tanınaraq müayinə və müalicəsi təmin olunacaq.
Lakin "sən sən saydığını say, gör fələk nə sayır". Səhiyyə naziri müəyyən olunmuş qrafik üzrə bölgəyə səfər edərək yerli sakinlərlə keçirdiyi görüşdə onun qəbuluna düşməyə müyəssər olan T.Quliyev şikayətini cənab nazirə şəxsən çatdırır. Nazir də onun probleminin həll olunması üçün köməklik göstəriləcəyini vəd edərək, Astara RMX-na müraciət etməsini məsləhət görür. Ertəsi gün Astara RMX-na yollanan T.Quliyev orada xəstəxananın böyük ehtimalla baş həkim tərəfindən öyrədilmiş işçilərinin şər-böhtanına məruz qalır. Ondan polisə şikayət edirlər ki, guya xuliqanlıq edib. Nəticə bu olur ki, polis onu saxlayır və barəsində həbs qətimkan tədbiri görülür. Beləliklə, birinci dəfə T.Quliyevi şərləmək cəhdi uğursuz alınan baş həkim Əlövsət Əliyev buna ikinci dəfə işçilərinin köməkliyi ilə nail olur...
02.11.2018-ci il tarixdə Astara rayon məhkəməsində Quliyev Tağı Xatəm oğlunun məhkəməsi əvvəlcə səhər saat 11:00-a təyin olunmuşdu. Sonra məhkəmə prosesi saat 16:00-a təxirə salındı. "Korrupsiya və qanun" qəzetinin kollektiv üzvləri, Quliyevin həmkarları saat 16:00-a az qalmış Astara rayon Məhkəməsinin inzibati binasına çatanda məyus oldular. Məlum oldu ki, məhkəmə gündüz saat 15:00-da keçirilib. Bəlkə də subyektiv mülahizə kimi görünə bilər, amma biz hesab edirik ki, bir saat aldanılmağımızın səbəbi kiminsə məhkəmədə jurnalistlərin iştirakını istəməməsi olub.
T.Quliyevin vəkili Salman Fərəcovla görüşüb ayaqüstü söhbət etdik. Vəkil bildirdi ki, T.Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verdiyi vəsadət məhkəmə tərəfindən təmin olunmayıb. Vəsadətə əsas kimi T.Quliyevin epilepsiya və xroniki mədə xorası xəstəliklərindən əziyyət çəkdiyi və bu səbəbdən həbsdə qalmasının onun səhhətinə mənfi təsir etməsi göstərilibmiş. Vəkil həmçinin bildirdi ki, sonrakı mərhələlərdə məhkəmənin hazırki qərarından apellyasiya şikayəti vermək və əgər işin istintaqı yekunlaşıb məhkəməyə verilərsə, hazırlıq iclasında müdafiə tərəfi olaraq yenə də həbs qətimkan tədbirinin ev dustaqlığı və ya başqa tədbirlə əvəzlənməsi barədə xahişi ehtiva edən vəsadət vermək hüquqlarından istifadə edə bilərlər. O ki qaldı "zərərçəkmiş" şəxslərin mövqeyinə, müəyyən səbəblərdən dolayı ərizələri alınmadığından, onların şikayət tələbləri ilə bağlı qəti mövqeləri bilinmir.


Mövzuya qayıdacağıq.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO