Azərbaycan İdeyası

KİNLİ BAŞ HƏKİM

Tarix:2-10-2018, 16:24
Baxış Sayı:593


Astara rayonunun Ərçivan qəsəbəsi sakini, bölgə müxbirimiz Tağı Xatəm oğlu Quliyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq Şikayət Ərizəsini "Korrupsiya
və qanun" qəzetində dərc olunmasını redaksiya rəhbərliyindən xahiş etmişdir. Şikayətin mətnini
olduğu kimi dərc edirik dərc edirik.
"Möhtərəm cənab Prezident!
Məlumat üçün yazıb Sizə bildirməkm istəyirəm ki, Astara rayon Mərkəzi Xəstəxanasının baş
həkimi Əlövsət Əliyev tərəfindən dəfələrlə mənə qarşı haqsızlıqlar olunub, insan hüquqlarım
tapdalanıb, şər və böhtanla baş həkim tərəfindən məhkəməyə verilmişəm. Əsassız iddiası Astara
rayon Məhkəməsi tərəfindən rədd edilmişdir.
Şikayət ərizəmin mahiyyəti ondan ibarətdir ki, ailə vəziyyətimin acınacaqlı olduğundan,
səhhətimdə yaranmış ciddi problemin aradan qaldırılmasıyla bağlı Azərbaycan Respublikasının
Səhiyyə naziri cənab Oqtay Şirəliyevə və İnsan Hüquqları üzrə Baş Müvəkkil xanım Elmira
Süleymanovaya müraciət etmişəm. Aldığım cavab nməktubundan mənə məlum oldu ki, dövlət
hesabına İxtisaslaşmış Xəstəxanada müayinə və müalicə olunmağım Astara rayon Mərkəzi
Xəstəxanasının rəhbərliyinə tapşırılmışdır. Bununla bağlı Astara RMX-nın baş həkimi Əlövsət

Əliyev öz köhnə prinsiplərini irəli sürərək, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, iki aydır
ki qanuni tələbələrimi rədd edərək müayinə və müalicəmi həyata keçirmədən imtina edərək, hər
dəfə cəfəng bəhanələri ilə özünə "bəraət" qazandırır.
Astara RMX rəhbərliyinin səhlənkarlığı nəticəsində bu günə qədər mənə 180 (bir yüz səsən)
manat maddi ziyan dəymişdir. Hal-hazırda səhhətimdə çox ciddi xəstəliklər aşkar edilib. Astara
RMX-nın baş həkimi özünə güvənərək daima hegemonluğu ilə diqqət çəkir!
Astara RMX-nın baş həkimindən dəfələrlə bir bölgə müxbiri kimi çoxsaylı şikayətlərin şahidi
olmuşam.
Hörmətli cənab Prezident!
Şikayət ərizəmlə onu da qeyd etmək istəyirəm ki, mənim öz vəzifəmi ləyaqətlə, şərəflə yerinə
yetirə yetirməyim barədə Sizin ünvanınıza Astara rayon şəhid ataları və sakinləri tərəfindən
müraciət daxil olmuşdur.!
Astara rayonunda dövlət məmurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini aşkar
etdiyimə görə mənim fəaliyyət göstərməyimin əleyhinədirlər.
Odur ki, şikayət ərizəmlə Sizdən xahiş edirəm, Astara RMX-nın baş həkimi Əlövsət Əliyev
tərəfindən bilərəkdən mənə yetirdiyi 180 (bir yüz səksən) manat nağd pul alınaraq özümə
verilməsi barədə tapşırıqlar verməyinizi xüsusilə xahoiş edirəm. Bütün bu olanlarla bağlı mən
dərhal Astara rayon İcra Hakimiyyətinə, Astara rayon prokuroruna və Səhiyyə naziri cənab
Oqtay Şirəliyevə şikayət ərizəmlə müraciətlər etmişəm. Əminəm ki, Sizin sayənizdə tezliklə
haqq-ədalət bərpa olunacaq. Şikayət ərizəmin doğruluğunu öz imzamla təsdiq edirəm".
Tağı Quliyevin redaksiyaya təqdim etdiyi materiallar sırasında Astara rayon Məhkəməsinin
İnzibati Xəta Haqqında İş Üzrə 27 mart 2018-ci il tarixli Qərarı da vardır. Bəlli olur ki, Astara
RMX-nın baş həkimi Əlövsət Əliyev Tağı Quliyevin onu 16 mart 2018-ci il tarixdə, saat 09:00
radələrində Astara Rayon Mərkəzi Xəstəxanasında mübahisə edərək söyməkdə ittiham etmişdir.
Materialdan görünür ki, məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati
icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edib ki, təqdim olunmuş sübutlarla
istinad olunan inzibati xəta hadisəsinin baş verdiyi sübuta yetirilmədiyinə, eləcə də əməldə
istinad olunan inzibati xəta tərkibi olmadığına görə Quliyev Tağı Xatəm oğlunın Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı
törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir.
Bütün bunlar bir daha sübut edir ki, Ə.Əliyev T.Quliyevə qarşı qisasçı və kinli münasibətdədir.
Və yəqin ki, məsələ yüksək səviyyədə araşdırılandan sonra həm baş həkimin əməllərinə hüquqi
qiymət veriləcək, həm də T.Quliyev zərərçəkən qismində tanınaraq müayinə və müalicəsi təmin
olunacaq.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq