Azərbaycan İdeyası

"GEC-TEZ LAYİQLİ CƏZANIZI ALACAQSINIZ!" - AĞAMMƏD İBAYEVİN QANUNSUZ ƏMƏLLƏRİNDƏN DAHA BİR ŞİKAYƏT

Tarix:9-04-2019, 15:03
Baxış Sayı:870

"Haqq və Ədalətin qələbə çalması üçün apardığınız mübarizənin əvəzini Haqqın Sahibi olan Uca Allahımız verəcək, buna tam əmin ola bilərsiniz..." - Biləsuvar rayonunun İsmətli kənd orta məktəbinin texnologiya və təsviri incəsənət müəllimi Niftiyev Fail Şamil oğlunun "Korrupsiya və Qanun" qəzetinin baş redaktoruna yazdığı məktub məhz bu sözlərlə başlayır və həm də sözügedən məktəbin direktorunun qanunsuz əməllərindən şikayətlənən tərəqqipərvər müəllimlərə informasiya dəstəyi verdiyimizə görə kollektivin minnətdarlığını özündə ehtiva edir.
37 ildir müəllimlik peşəsini şərəflə daşıdığını, bununla qürur duyduğunu qeyd edən 62 yaşlı Fail müəllim yazır ki, rayonda müntəzəm keçirilən "Əl işləri" sərgisində dəfələrlə yer tutmuşdur: "Bununla yanaşı, məktəbimizin bütün daxili tərtibatı mənim əl işlərimdir, sinif otaqları da daxil olmaqla. Sovet dönəmində əldə etdiyim tədrisin tamlığı üçün bütün dəzgahları qoruyub saxlamışam, hal-hazırda hamısı saz vəziyyətdədir. Müasir tədrisin tələblərinə cavab verən emalatxanam var. Təzə tikilən 360 yerlik üçmərtəbəli məktəbin isə emalatxanası yoxdur. Köhnə məktəbə çox yaxın olduğuna görə emalatxanadan istifadə edirəm..."
Müəllif yazır ki, 2011-ci ildə məktəbə təyin olunmuş üzdəniraq direktorun maliyyə fırıldaqlarından, özbaşınalığından, kobudluğundan, saxta attestat verməsindən, qruplaşma yaratmasından hal-hazırda şikayət edənlər sırasındadır. F.Niftiyev direktorun təkcə ona qarşı etdiyi haqsız əməlləri sadalayır:
"Texnologiya və təsviri incəsənət fənnləri üzrə bölünmə ilə birlikdə dərs saatlarının miqdarı 30 saatdır. İxtisasla bağlı 5 saat vakant yerə gələn müəllimə 18, mənə isə 12 dərs saatı vermişdir. Çünki, ondan şikayətçiyəm. Çoxlu şikayətdən sonra texnologiya fənnindən daha 4 saat dərnək məşğələsi verdi. Oktyabrın 20-dən dekabrın 5-dək tədris etdim. Oktyabr ayının haqqını ödəmədi, dedi ki, "yadımdan çıxıb, noyabrda ödəyəcəyəm". Noyabr ayının da məvacibini ödəmədi, bildirdi ki, bəs Nazirlik icazə vermir. Hətta bu azmış kimi, mənə təklif etdi ki, dekabr ayının da dərsini keçim, yanvarda ödəyəcək..."
Fail müəllim yazır ki, məsələ ilə bağlı rayon təhsil şöbəsinin mühasibatlığına müraciət edib. Oradan bildiriblər ki, tarifikasiya ildə bir dəfə - sentyabr ayında təsdiqlənir. Başqa fənnlərlə də maraqlanıb. Məlum olub ki, Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ingilis dili, informatika fənnləri üzrə 18 saat fakültativ məşğələni tarifikasiyaya salıb:
"Hamısı da öz tərəfdarlarıdır. Çünki pulunu özü mənimsəyir. Belə olmasaydı, məşğələ saatlarının saatları təsdiq olunmuş vəziyyətdə, bir nüsxəsi özündə olduğu kimi, bir nüsxəsi də müavinin masası üzərində, digər bir nüsxəsi isə divardan asılmış vəziyyətdə görünən yerdə olardı... 8b sinfinin rəhbəriyəm. Oktyabrın 9-na kimi ingilis dilinin bölünmə dərsləri boş keçib, amma jurnalın hər iki səhifəsi müxtəlif xətlərlə yazılıb. Kim yazıb - bilinmir, pul ödənilib. Bu kimi haqsızlıqlarla bağlı rayon təhsil şöbəsinə və Təhsil Nazirliyinə sonsuz sayda müraciətlərim olub, xəbərnamələr (adresatlara çatdırılması barədə) gəlib, amma heç bir əsaslı tədbir görülməyib..."
Müəllif haqlı sual ortaya qoyur:
"Mən dəhşətə gəlirəm, doğrudanmı təhsil sistemini ləkələmək istəyənlərə qarşı heç bir cəza üsulu tətbiq etmək və sərt tədbir görmək mümkün deyil? Kimin "adamı" və pulu varsa, hər nə istəsə edə bilər? Yoxlamanın faktları təsdiq etməsinə biganə qalan müvafiq qurumlar nəyi gözləyir? Yoxsa, saxta attestat verənə himayədarlıq edənlər qanunlardan xəbərdar deyillər? "Şah qanun deyil, qanun şahdır". Hörmətli prezidentimiz dəfələrlə demişdir və tələb edir: "Korrupsiyaya qarşı mübarizədə toxunulmaz adam yoxdur. Hər kəs bilsin, elədiyi əmələ görə qanun qarşısında cavab verməli olacaq". Ulu Öndərimiz demişdir: "Dövlət iki şeydən sarsıla bilər - cinayətkar cəzasız qalanda, cinayətsiz cəza alanda". Çox təəssüflər olsun ki, bu cinayətkarın havadarları onu hələlik müdafiə edirlər. Azərbaycan Respublikasının qanunlarəının aliliyinə varlığım kimi inanıb onun havadarlarına deyirəm: Siz də direktor kimi cinayətkarsınız, kimliyinizdən asaılı olmayaraq. Gec-tez layiqli cəzanızı alacaqsınız!" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO