Azərbaycan İdeyası

Bakıda valideyn müəllimə əl qaldırdı

Tarix:21-01-2016, 12:04
Baxış Sayı:645




Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakının Xətai rayonu 64 nömrəli məktəbində müəllim işləyən Xuraman Quliyevanın döyülməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlara təhsil müəssisəsindən aydınlıq gətirilib.
"Korrupsiya və Qanun" saytı Milli.Az a istinadən bildirir ki, 64 nömrəli məktəbin direktoru Rəfael Mehdiyevin anspress-ə verdiyi məlumata görə, məktəbin müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi xəbəri həqiqəti əks etdirmir:
"Xuraman müəllim ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə olub. Şagirdlə müəllim arasında baş verən anlaşılmazlığı araşdırmağa gələn Badamxanımın anası ilə Xuraman müəllim arasında da mübahisə yaranıb və onlar bir-birini itələyiblər. Daha sonra müəllim Xətai Rayon Polis İdarəsinə həmin valideynin hərəkətlərindən şikayət edib. Hazırda polis əməkdaşları hadisəni araşdırır".
Direktor həmçinin valideynin hadisədən sonra məktəbə gələrək baş verən hadisələrə görə Xuraman Quliyevadan üzr istədiyini də əlavə etdi.
Adı qalmaqalda hallanan müəllim təhsil müəssisəsində ingilis dili ixtisasını tədris edir.
Ötən gün bəzi KİV-də bir neçə gün əvvəl Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllim işləyən Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyüldüyü barədə məlumat yayılıb.
Məlumata görə, kimliyi bəlli olmayan adam məktəbə daxil olub və müəllimi döyüb. Yaranmış səs-küyə çıxan müəllimləri görən cinayətkar hadisə yerindən qaçıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı