Azərbaycan İdeyası

“SUMQAYIT NƏQLİYYAT” MMC-DƏ SÜRÜCÜLƏRİN DİSKRİMİNASİYASI

Tarix:18-06-2019, 14:22
Baxış Sayı:1 921

Bu günlərdə Milli Məclisin deputatı Fazil Mustafa KİV-ə verdiyi müsahibədə bildirmişdi ki, ölkə qanunlarla deyil, qaydalarla işləyir. Doğrudan da bu mənfi tendensiyanın təzahürünü az qala hər addımbaşı görə bilirik. Redaksiyamıza bir qrup Sumqayıt şəhər sakininin imzası ilə ünvanlanan şikayət ərizəsinin motivini də məhz belə qanundankənar özbaşına qaydalara etiraz təşkil edir. Əmək kollektivi üzvləri (əsasən 7 saylı marşrut üzrə hərəkət edən avtobus sürücüləri) olan sumqayıtlılar “Sumqayıt Nəqliyyat” MMC-nin rəhbərliyindən şikayətlənirlər:

“Rəis Xanı Rüstəmov və qaraj müdiri Eldar Mehdizadə Sumqayıt şəhərinin nəqliyyat sistemini iflic ediblər. Bu iki rüşvətxor şəxs heç kimi saymırlar. İdarədə və qarajda bütün heyət və sürücülər onlardan bezib. Artıq onları durdurmaq lazımdır. Aidiyyati orqanların bu məsələyə baxmasını tələb edirik. Çünki Xanı Rüstəmovun öz dili ilə dediyi kimi “öz qanunları” var. “Prezidentin qanunu özü üçündür” – bunu da Xanı Rüstəmov deyir. Qaraja gələrək sürücünün üstünə odlu silah çıxararaq hədə-qorşu gəlmişdir və bütün sürücüləri döyməklə, nalayiq söyüşlərlə təhqir edir və işdən çıxarmaqla qorxudur. Dəfələrlə qəbulunda olmuşuq, lakin o, bizi otaqdan qovub. Ondan tələb edirik ki, bizim şərti müqavilələrimizin surətini versin. Amma o,mühafizəçilərinə əmr etdi ki, bizi onun yanına buraxmasınlar. Bütün sürücülərin sürücülük vəziqəsini əlində saxlayır, hədələyir ki, gedin işinizlə məşğul olun,başqa hərəkət etsəniz, sizi həbs etdirərəm. Sürcülərdən Cavid Murtuzov rəisin yanına girərək, əmrinin surətini istəmiş və ölkə Prezidentinin məmurlara vətəndaşları incitməmək barədə xəbərdarlığını xatırlatmışdır. Sürücü rəisdən qəribə cavab alıb: “O Prezidentin qanunudur, bu da mənim qanunumdur, rədd ol burdan!””

Şikayətçilər Rüstəm Əminov, Fuad Cavadov və başqaları həmçinin bildirirlər ki, Sumqayıt şəhər rəhbərliyi onların müraciətlərinə baxmır: “İki həftədir ki, İcra Hakimiyyətinə gedib-gəlirik, bizə baxan yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsək də, heç bir köməklik göstərilməyib”.

Yüksək kateqoriyalı sürücülər olan şikayətçilər bildirirlər ki, onlar kimi haqsızlığa məruz qalan sürücülər çoxdur, amma onların çoxu işsiz qalacaqlarından çəkinərək etiraz səslərini ucaltmağa qorxurlar. Yazırlar ki, əvvəllər müxtəlif nəqliyyat şirkətlərində çalışıblar, amma burdakı kimi haqsızlıq, ədalətsizlkik görməyiblər. Qeyd edirlər ki, MMC rəhbərliyi yüksək plan tələb etmələrinə baxmayaraq, nəqliyyat vasitələrinə hər hansı nasazlıq üz verəndə xarab olan ehtiyat hissələrini sürücülərin öz hesablarına dəyişdirir, təmir etdirirlər. Tələb edirlər ki, onları normal, sivil qaydada işlə təmin eləsinlər, incitməsinlər. Odur ki, problemlərini KİV - lə ictimailəşdirməyi, ölkə rəhbərliyinə – Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya çatdırılmasını redaksiyadan xahiş edirlər.

Qeyd edək ki, ŞİH başçısı cənab Zakir Fərəcovun “Sumqayıt Nəqliyyat” MMC-yə təyin etdiyi Xanı Rüstəmov əslən Laçın rayonundandır. Hələ Zakir Fərəcovun Abşeron RİH-nə başçılıq etdiyi dönəmdə Xanı Rüstəmov RİH başçısının Masazır qəsəbəsi üzrə nümayəndəsi olmuşdur. Bu nöqteyi-nəzərdən, X.Rüstəmovun Z.Fərəcovun sadiq kadrı olması barədə deyilənlər inandırıcı görünür. Redaksiya olaraq məsələ ilə əlaqədar üç dəfə Sumqayıt ŞİH-nin mənsubları ilə görüşməyə uğursuz cəhd etmişik. Üçüncü cəhddə ŞİH başçısının müavini Akif Quliyev redaksiyanın xidməti avtomobilini mühafizə polisinin gücü ilə İcra Hakimiyyətinin ərazisindən çıxartdırmış, bu hərəkətini onunla əsaslandırmışdır ki, guya xidməti avtomobilimiz onun öz avtomobilinin “bronlu” yerində dayanıbmış. Bundan sonra baş redaktor adından ŞİH başçısına qəbula düşmək xahişini ehtiva edən teleqram vurulmuşdur. Hələ bu günə qədər teleqrama cavab yoxdur.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO