Azərbaycan İdeyası

1 saylı Sumqayıt Şəhər Xəstəxanasında özbaşınalıq: 5 milyon manat ayrıldı, lift bağlandı

Tarix:17-06-2016, 19:02
Baxış Sayı:414

1 saylı Sumqayıt Şəhər Xəstəxanasında özbaşınalıq: 5 milyon manat ayrıldı, lift bağlandı
1 saylı Sumqayıt Şəhər Xəstəxanası ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Qaynarinfo.az-a müraciət edən Sumqayıt sakini Əsmər Həsənli xəstəxana rəhbərliyinin özbaşınalıqlarından bəhs edib.

Şikayəçi bildirir ki, xəstəxananın bütün şəraiti olsa da, burlardan istifadə mümkünsüz hala gətirilib: "Xəstəxananın binasında müasir liftlər quraşdırılıb. Lakin liftin qarşısına stul qoyulub və xəstəxanaya gələn insanların istifadəsinə icazə verilmir. Ən böyük problemlərdən biri suyun tapılmamasıdır. Belə ki, xəstəxanaya su saatla verilir".
1 saylı Sumqayıt Şəhər Xəstəxanasında özbaşınalıq: 5 milyon manat ayrıldı, lift bağlandı
Əsmər Həsənli bildirir ki, xəstəxananın kardiologiya şöbəsində vəziyyət dözülməz həddə çatıb. Burda yatan xəstələrin istirahətə, sakitçiliyə ehtiyacı olsa da, bu heç kimi düşündürmür: "Şöbədə sakitçiliyə bir dəqiqə belə olsun əməl edilmir, səs-küy, bağırtı ətrafı bürüyüb. Sanki xəstəxana rəhbərliyi xəstələrin narahatçılığı üçün əlindən gələn hər şeyi edir".

Məlumat üçün bildirək ki, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasında əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılması barədə prezident sərəncam imzalamışdı.

Bu sərəncamdan sonra xəstəxanada təmir işləri aparılıb, avadınlıqlar alınıb. Bəs, 5 milyon manata başa gələn xəstəxanada dövlətin qurdurduğu lift vətəndaşların üzünə niyə bağlanıb? Liftdən xəstələr və vətəndaşlar istifadə etməyəcəkdisə, bu qədər vəsaiti xərcləyib onları quraşdırmağın mənası nə idi? Bəlkə prezident xəstəxana rəhbərliyinin rahatlığını təmin etmək və həyat komfortunu yüksəltmək üçün ayırıb bu 5 milyon manatı? Yenidən qurulmasına 5 milyon manat xərclənmiş xəstəxanada niyə su vaxtlı-vaxtında tapılmır, saatlarla verilir?

Redaksiyamıza daxil olan məlumatlarla bağlı 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının mövqeyini öyrənməyə çalışdıq. Amma bütün cəhdlərimiz nəticəsiz qaldı. Ya telefona cavab verən olmadı, ya da suallara cavab verəcək adamın işdə olmadığını dedilər.

Beləliklə, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının rəhbərliyinə ünvanlamalı olduğumuz suallar açıq qalır. Ümid edirik ki, xəstəxananın baş həkimi Nazim Hüseynquliyev tezliklə bu suallara cavab vermək zəhmətinə qatlaşacaq...

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur