Azərbaycan İdeyası

Aprel şəhidinin xanımı imkanlı şəxslərdən imdad DİLƏDİ

Tarix:20-06-2019, 13:54
Baxış Sayı:207


Aprel döyüşlərində şəhid olan pilot, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə sosial şəbəkə vasitəsilə imkanlı şəxslərə müraciət edib. Müraciət yeganə qardaşı Hümbətli Dənizin ölümün pəncəsindən xilas edilməsi üçündür.

Bu barədə Modern.az-a danışan Pərişan Musazadə deyib ki, qardaşının həyatı təhlükədədir.
“Qardaşımın vəziyyəti yaxşı deyil, Dəniz “Qoşe” xəstəsidir. Uzun illərdir əlimizdən nə gəlirsə edirik, amma vəziyyəti ağırlaşdı və Türkiyəyə apardıq. Qaraciyəri təmiz iflas edib və digər orqanları zədələyib”.
Onun sözlərinə görə, həkimlər əməliyyat üçün 100 min dollar və qaraciyər verəcək donor tələb olunduğunu bildirib:
“Dəniz hazırda Türkiyədə “İstanbul Aydın Üniversitesi Florya Medicalpark Hastanesi”ndədir və imkanı çatan şəxslərdən kömək gözləyir”.
Hümbətli Dənizin həyatını xilas etmək istəyənlər (070) 255-30-03 nömrəsilə əlaqə saxlaya bilər.
Yaxud Bank Respublika: 380194402473310001 (AZE: 14838218), yaxud aşağıdakı fotoda göstərilən Kapital Bankdakı hesaba pul köçürə bilərlər.
Qeyd edək ki, “Qoşe” xəstəliyi (ing. Gaucher’s disease) qlükoserebrozidaza fermentinin genetik çatışmazlığı nəticəsində inkişaf edir. Fermentin defekti ilə defisiti qlükoserebrozidlərin utilizasiyanın pozulmasına gətirib çıxarır. Xəstəlik zamanı eritrositlərdə, leykositlərdə və retikuloendotelial sistem hüceyrələrində (toxuma makrofaqları) qlükoserebrozidlərin miqdarı artır. Xəstəliyin ağır keçən (kəskin) formaları dalağın və qaraciyərin sürətlə böyüməsi, fiziki və psixi inkişafın ləngiməsi, mərkəzi sinir sisteminin zədələnmələri, hipoxrom anemiya, leykopeniya kimi əlamətlərlə müşayiət edilr. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə