Azərbaycan İdeyası

Dillər Universiteti Çin universitetləri ilə əməkdaşlığı genişləndirir

Tarix:21-06-2019, 16:57
Baxış Sayı:211


Azərbaycan Dillər Universitetinin elmi əməkdaşlıq şöbəsinin və ADU nəzdində Konfutsi İnstitutunun əməkdaşları ilə Nanjing Universitetinin beynəlxalq təhsil sahəsində məsləhətləşmə mərkəzinin rəhbəri Bian Ventao arasında görüş keçirilib.
Olaylar.az bildirir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi strukturun tədqiqat, tədris və ictimai təhsili, Çin dili kurslarının işi, ADU ilə Çinin aparıcı universitetləri arasında tələbə mübadiləsi barədə ətraflı məlumat verib.
Bian Ventao Çin universitetlərində xarici tələbələrin tədrisinin xüsusiyyətləri, təlim və təcrübə proqramları barədə danışıb, tələbə mübadiləsi proqramlarını tətbiq etmək təcrübəsini bölüşüb.
Tədbirdə çıxış edən ADU-nun Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının, universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, eləcə də birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb.
"Qlobal əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi" İB-nin rəhbəri Xəyalə Məmmədova Çin universitetləri ilə əməkdaşlıq planlarından danışaraq, bunun Azərbaycan gənclərinin Çin tarixi və mədəniyyəti ilə tanışlığına və Çin dili bilik səviyyəsinin artırılmasına kömək edəcəyini qeyd edib.
Sonda çinli qonaqlara Azərbaycanla Çin arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədilə ADU Konfutsi İnstitutunun Azərbaycan və Çin dilində hazırladığı Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş "İki qədim xalqın dostluğunun müasir davamçısı" kitabı hədiyyə edilib.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO