Azərbaycan İdeyası

Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Tarix:21-12-2015, 13:54
Baxış Sayı:590


"Korrupsiya və Qanun" saytı APA- ya istinadən bildirir ki, bu gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdən əvvəl Səhiyyə Nazirliyinin kollektivi, institut rəhbərliyi və yubiley tədbirlərində iştirak edən qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və akademik Əziz Əliyevin məzarlarını ziyarət ediblər.
Konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar Siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə prezident İlham Əliyevin Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 80 illik yubileyinə ünvanladığı təbrik məktubunu oxuyub.
Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov çıxışında İnstitutun tarixi haqda tədbir iştirakçılarına məlumat verib.
O bildirib ki, elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri daim diqqət mərkəzindədir.
N. Qasımov qeyd edib ki, İnstitut yarandığı ilk illərdən başlayaraq respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssislər hazırlayıb: “İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilib və həmin xəstəxanalar ölkə əhalisinə ixtisaslı tibbi yardım göstərən mərkəzlərə çevriliblər”.
Rusiya Tibb Diplomdan sonrakı Təhsil Akademiyasının rektoru L. Moşetova, Türkiyə İstanbul Universitetinin prorektoru Mert Savrans, Belarus Tibb Diplomdan sonrakı Təhsil Akademiyasının rektoru M. Gerasimenko və başqaları çıxış ediblər.
Səhiyyə naziri Oqtay Şirəliyev yubileylə əlaqədar İnstitutun əməkdaşlarına Azərbaycan prezidentinin təltiflərini və Səhiyyə Nazirliyinin fəxri fərmanlarını təqdim edib.
Konfransda İnstitutun tarixinə və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı