Azərbaycan İdeyası

Bakının bu məktəbindən bir məzun belə universitetə qəbul ola bilmədi - İlginc səbəb

Tarix:26-09-2019, 10:32
Baxış Sayı:141

Məzunların sayı az olduğundan, bu da ali məktəbə sənəd verən, qəbul olanlarla bağlı göstəricinin aşağı düşməsinə gətirib çıxarır
2018-ci ildə keçirilən qəbul imtahanlarında Bakı şəhəri 140 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib. Bu məlumat sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Paytaxtda yerləşən 140 saylı məktəbin bir məzununun belə ali məktəbə qəbul olmaması bu təhsil ocağını qınaq obyektinə çevirib. Sosial şəbəkə istifadəçiləri bunun səbəbini həmin məktəbdə təhsilin səviyyəsinin aşağı olması ilə əlaqələndiriblər. Sputnik Azərbaycan paytaxtda bir məzunu belə ali məktəbə qəbul olmayan ümumtəhsil müəssisəsinin olmasının səbəbini araşdırıb.
Komitə sədri: “Türkiyədə təhsil alanların problemi həll olunur”
Məktəbin direktoru Məcid Rəsulov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisəsi Bakının Suraxanı rayonu ərazisində, Bülbülə qəsəbəsində yerləşir. M.Rəsulovun sözlərinə görə, 2017-2018-ci tədris ilində məktəbi 5 məzun başa vurub. Direktor bildirib ki, onlardan yalnız biri ikinci turda özəl ali təhsil müəssisələrindən birinə qəbul olub: "Bu ötən ilin statistikasıdır. Bu il isə bizim məktəbin 12 məzunundan 6 nəfəri ali məktəbə, 2 nəfəri isə kollecə qəbul olub. Məktəbimizdə ali məktəbə qəbul olunanların sayının az olmasının səbəbi, şagirdlərin sayının azlığı ilə bağlıdır. Bizim qəsəbədə üç biri-birinə yaxın məktəb yerləşir. Uşaqların sayı isə azdır. Ona görə də məktəblər arasında paylaşdıqda şagird sayı az olur. Nəticədə məzunların sayı az olduğundan, bu da ali məktəbə sənəd verən, qəbul olanlarla bağlı göstəricinin aşağı düşməsinə gətirib çıxardır".
M.Rəsulovun sözlərinə görə, əvvəlki illərdə məktəb məzunları arasında ali məktəbə daxil olma faizi 35-40 faiz olub. Ümumi məzunların 50-60 faizi ali məktəblərə sənəd verib.
M.Rəsulov həmçinin bildirib ki, məktəbdə təhsil səviyyəsi normaldır. Təhsil müəssisəsindən ali məktəbə qəbul olanların statistikasının aşağı olması isə sırf şagird sayının azlığı ilə bağlıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
online video advertising examples 26 sentyabr 2019 14:15
  Жалоба     
Our advertisement maker will help you to achieve that. https://gudri.com
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO