Azərbaycan İdeyası

YOL POLİSİNİN NAVAHI STASİONAR POSTUNDA SÜRÜCÜLƏR İNCİDİLİR

Tarix:18-10-2019, 11:28
Baxış Sayı:138




Yol-patrul xidməti Dövlət Yol Polisi qurumlarının tərkib hissəsi olaraq, yol hərəkəti iştirakçılarının həyatının, sağlamlığının, əmlakının, onların hüquqlarının, yol hərəkəti sahəsində dövlətin və cəmiyyətin maraqlarının qorunmasını, yol hərəkəti təhlükəsizliyinin, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasını, bu sahədə inzibati xətaların aşkar olunmasını, profilaktikasını və qarşısının alınmasını, habelə qanunla polisin üzərinə düşən digər vəzifələrin icrasını həyata keçirir.
DYP-nin yol-patrul xidmətinin stasionar postları yolun hərəkət hissəsindən kənarda yerləşməklə, nəqliyyatın hərəkətinə mane olmur. İstənilən axtarışda olan avtomobilin, hadisə yerindən qaçan şəxsin saxlanılması işində bu postların əhəmiyyəti böyükdür. Bu postlarda axtarışda olan avtomobillərin saxlanılması, yoxlanılması təşkil olunur. Stasionar postlar sürücülərin özünün təbii ehtiyaclarının ödənilməsi, yuxularını qaçırmaq üçün əhəmiyyətlidir. Lazım olanda operativ şəkildə hansısa cinayətin qarşısını almağa, cinayət məsuliyyətindən yayınan şəxslərin saxlanılmasında mühüm rol oynayır.
Lakin çox təəssüflər olsun ki, bəzən stasionar postlarda xidmət edən yol polisi əməkdaşları sürcüləri yersiz saxlatdırır, əsassız yerə vaxtlarını alır, bir sözlə, incidirlər. Belə neqativ hallar barədə şikayətlənən vətəndaşlar arasında redaksiyamıza üz tutanlar da az deyil.
Şirvan şəhəri, F.Eynullayev küçəsi, ev 11, mənzil 48 ünvanda yaşayan Abbasov Namiq Edilman oğlu "Korrupsiya və Qanun" qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək yol polisindən şikayətlənmişdir:
"13 iyul 2019-cu il tarixdə səhər saat 6:10 radələrində Şirvandan Bakıya gedərkən idarə etdiyim "Ford - Tranzit" markalı 08 AC 247 dövlət nömrə nişanlı "Balakan" MMC-nə məxsus avtomobillə hərəkətdə olduğum zaman Navahı postunda 0923 nömrəli döş nişanlı yol polisi əməkdaşı Rafiq Məmmədov tərəfindən saxlanıldım. Mənə "radara düşmüsən" dedi, avtomobili kəmərsiz idarə etdiyimi bildirdi. Mən isə ona cavab verdim ki, əgər kəmərsiz olduğum radara düşübsə, cərimə yazıb ünvanıma göndərsin, ödəyim. Məlum oldu ki, onun əlində mənim qayda pozuntusu törətdiyimə dair sübut yoxdur. Heç bir izah vermədən, protokol göstərmədən sənədimi aldı. Özü maşında oturub məni yarım saat gözlətdi. Axırda sürücülük vəsiqəmə 72 (yetmiş iki) manat cərimə yazdı. Sonra mən Bakı şəhərindən qayıdarkən Navahi postunda dayanıb yol polisi əməkdaşlarına sənədimi təqdim etdim və və mənə tətbiq olunmuş cərimə protokolu tanış olmaq istədim. Heç bir sənəd təqdim etmədilər".
N.Abbasov redaksiyamızdan xahiş etmişdir ki, onun başına gələn bu hadisə ictimailəşdirilsin, ona tətbiq olunmuş haqsız cərimənin silinməsi, habelə, kobud davranış sərgiləyən yol polisi əməkdaşı barəsində ölçü götürülməsi üçün aidiyyati qurumlar qarşısında məsələ qaldırılsın.
Ümumiyyətlə, tez-tez sürücülər və Dövlət Yol Polisi əməkdaşları arasında avtomobilin dayandırılması ilə bağlı mübahisələr yaranır. Bəzi sürücülər yol polisi əməkdaşının dayanmaq barədə göstərişinə məhəl qoymurlar və öz aləmlərində hesab edirlər ki, bu göstəriş qanunsuzdur. Polis əməkdaşları isə hərdən öz səlahiyyət hədlərini aşaraq dayanma barədə göstərişi icra etməyən sürücünü təqib edirlər və nəticədə müxtəlif söz-söhbətlər yaranır. Amma qanunvericilikdə bu məsələ kifayət qədər aydın şəkildə tənzimlənir. “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsi, habelə “Yol-patrul xidməti haqqında” Təlimat yol-patrul xidməti inspektoru tərəfindən sürücüyə nəqliyyat vasitəsini dayandırmaq barədə göstəriş vermək üçün əsasları belə müəyyən edilib. Nəzərdən keçirdiyimiz halda, yol polisi sürücünü - "nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda" əsası ilə saxladığını deyib. Sürücü N.Abbasov da qanunsuz saxlanıldığını düşünsə də, yalnız ehtimalına güvənməyib, yol polisinin tələbinə əməl edərək, avtomobili saxlayıb. Amma onun söylədiyi kimi, YPX əməkdaşı ona qayda pozuntusu törətdiyinə dair sübut təqdim etmədən, yerindəcə protokol tərtib etmədən vaxtını alıb.
Əslində isə əgər inspektor qayda pozuntusundan əmindirsə, protokol yazıb gətirib sürücüyə göstərməıli idi. Sürücü də mübahisə etmədən, orada öz şikayətini qeyd etmək imkanına malik olmalıydı. Sürücünün qayda pozmuş olması sübuta yetirilməzsə, məhkəməyə müraciət edib vaxt itkisinin kompensasiya edilməsi üçün iddia da qaldıra bilər.

"Korrupsiya-q.az

01.08.2019.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb