Azərbaycan İdeyası

Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub

Tarix:30-07-2026, 14:00
Baxış Sayı:5

Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında yerləşən yoxlama məntəqəsinə silahlı basqın zamanı azı 26 nəfər həyatını itirib. Ölənlərdən 11-i polis əməkdaşı, 15-i isə yaraqlıdır.

Hadisə iyulun 29-da sərhədyanı Xayber-Paxtunxva əyalətinin Hangu bölgəsində qeydə alınıb. Rayon polis idarəsinin rəisi Tariq Həbib "Geo News" kanalına açıqlamasında daha 22 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığını vurğulayıb. Hələlik heç bir silahlı qruplaşma bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Agentliyinin məlumatına görə, bu, son günlər ərzində bölgədə baş vermiş ikinci irimiqyaslı silahlı hücumdur. Ötən həftənin cümə günü yaraqlılar partlayıcı maddələrlə doldurulmuş avtomobili Tank rayonunda yerləşən postlardan birinə çırpıblar. Həmin vaxt baş vermiş insidentdə 15 nəfər dünyasını dəyişib, 12 hücumçu isə zərərsizləşdirilib.

Bildirilir ki, "Təhrik-i-Taliban Pakistan" qruplaşmasının fəaliyyəti səbəbindən Xayber-Paxtunxva əyalətində vəziyyət gərgin olaraq qalmaqdadır. Rəsmi İslamabad terror hücumlarının artmasını Əfqanıstan ərazisindən gələn yaraqlıların fəaliyyəti ilə əlaqələndirsə də, Kabil bu iddiaları qəti şəkildə təkzib edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı