Azərbaycan İdeyası

YALAN ƏQDLƏ PƏRDƏLƏNƏRƏK SATILAN ƏMLAK ONU ƏLDƏ EDƏN ŞƏXSIN MÜLKIYYƏTINƏ VERILMƏLIDIR M

Tarix:18-10-2019, 11:29
Baxış Sayı:155

übahisə halında əmlakın dəyərini ödəməsini iddia edən etibarnamə almış şəxs onu sübut etməlidir
Etibarnamə ilə bağlı tez-tez rastlaşılan problemlərdən biri odur ki, təcrübədə ondan alqı-satqı münasibətlərini təsdiq edən sənəd kimi də istifadə edilir. Bu isə etibarnamənin təyinatına uyğun gəlməməklə yanaşı, gələcəkdə tərəflər üçün xoşagəlməz nəticələrin baş verməsinə səbəb olur. Belə ki, mövcud təcrübəyə əsasən müəyyən daşınar və ya daşınmaz əmlaka münasibətdə üçüncü şəxs qarşısında təmsil olunmaq üçün mülkiyyətçidən etibarnamə almış şəxs özünü faktiki olaraq həmin əşyanın mülkiyyətçisi hesab edir. Belə ki, daşınar və ya daşınmaz əmlakların özgəninkiləşdirilməsi barədə verilmiş etibarnaməni əldə edən şəxs alqı-satqı müqaviləsi bağlamadan həmin əmlakın faktiki razılaşdırılmış qiymətini mülkiyyətçiyə ödəyir və buna görə də mülkiyyətçi həmin əşyaya ümumiyyətlə, maddi marağını itirdiyindən əşyanın sonrakı taleyi ilə maraqlanmır. Bunu etibarnamənin məzmunundan, eləcə də onun verildiyi qüvvədə olma müddətindən də aydın görmək olur.
Məsələn, etibarnamədə uzun müddətə əmlakın əvəzli və ya əvəzsiz özgəninkiləşdirilməsinə yönələn bütün səlahiyyətlər, o cümlədən əmlakı satmaq, habelə onun bağışlanması səlahiyyəti də verilir. Belə çıxır ki, vəkalət alan əmlakı istər satsın, istərsə də bağışlasın mülkiyyətçi üçün heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki mülkiyyətçi həmin əmlakı əvvəlcədən etibarnamə verdiyi şəxsə satmış, müəyyən rüsumlardan azad olmaq üçün və ya daha sadə prosedura malik olduğu üçün alqı-satqı müqaviləsi bağlamadan etibarnamə vermişdir. Bu halda etibarnamə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə verilmiş sayılır və yalan əqd hesab olunur.
AR MM-in 340.2-ci maddəsinə görə Yalan əqd başqa əqdi pərdələmək məqsədilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Belə halda tərəflər arasında əslində mövcud olan alqı-satqı müqaviləsinə aid qaydalar tətbiq olunmalıdır, yəni əmlak onu əldə edən şəxsin mülkiyyətinə verilməlidir. Bu tərəflər arasında mübahisə yarandığı hallara şamil edilir.
Lakin onu da qeyd etmək lazımdır ki, etibarnamə onu almış şəxsə münasibətdə mülkiyyət hüququ yaratmadığından qanuna əsasən etibarnamə icra olunana qədər etibarnamə vermiş şəxs həmin əmlakın mülkiyyətçisi sayılır və istənilən vaxt etibarnaməni ləğv etmiş olsa, əmlak onun özünə qaytarılmalıdır və mübahisə halında əmlakın dəyərini ödəməsini iddia edən etibarnamə almış şəxs onu sübut etməlidir. Məhz bu səbəbdən də alqı-satqı münasibətlərinin etibarnamə vasitəsilə rəsmiləşdirilməsi sonradan bir çox çətinliklərə yol açmış olur.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev - 72, mənzil - 101 ünvanda qeydiyyatda olan, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, ev - 174 ünvanda yaşayan Svetlana Yaşar qızı İsmayılova redaksiyamıza müraciət edərək bildirmişdir ki, 03 aprel 2015-ci il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Fioletov küçəsi, ev - 38 ünvanda qeydiyyatda olan Qasımova Samaya Nadir qızından 12 sot torpaq sahəsini 50 il müddətinə, yəni, 03.04.2065-ci il tarixə qədər notariat qaydasında etibarnamə ilə almışdır. Bundan ötrü Qasımovaya 14000 (on dörd min) manat pul vermişdir. Həmin torpaqdan 6 sotunu özünə saxlamış, qalan 6 sotunu isə başqa iki nəfərə satmışdır. Lakin Samaya Qasımova 1 ildən sonra notariusa gedərək həmin etibarnaməni birtərəfli qaydada ləğv etdirmişdir.
S.İsmayılova redaksiyadan xahiş etmişdir ki, məsələ ictimailəşdirilib aidiyyati orqanların diqqətinə çatdırılsın.
Bakı şəhəri Xətai rayonu İnzibati bina Sadıqcan küçəsi 52 ünvanda qeydiyyatda olan. Əhmədli qəsəbəsi Kazımzadə 295 ünvanda yaşayan Məmmədova Aygün Hidayət qızı da redaksiyamıza yazılı müraciət edərək Bakı şəhəri, Buzovna qəsəbəsi, Fioletov küçəsi, ev - 38 ünvandakı torpaq sahəsinin Həsənovlardan əvvəl ona məxsus olduğunu, Samaya və Həsənəli Qasımovların Svetlana İsmayılovaya satdıqları torpaqdan ötrü 14000 (on dörd min) manat pulu notariat kontorunda aldıqlarının şahidi olduğunu bildirmişdir. Aygün Məmmədova həmçinin qeyd etmişdir ki, həmin prosesdə vəkil Zemfira Abdullayeva və Rafiq adlı rieltor (daşınmaz əmlak alveri üzrə mütəxəssis) da iştirak etmişdir. Bundan başqa, Samaya Həsənovanın Svetlana İsmayılovaya etibarnaməni verdiyi 3 aprel 2015-ci il tarixdə əməliyyatı təsdiqləyən notariat kontoruna Qasımova Səmayanın əri Həsənəli Qasımov ərizə ilə müraciət edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinin və üzərindəki tikilinin satılmasına etiraz etmir. Deməli, o, öz həyat yoldaşının torpağı məhz satmaq istədiyini bilmiş və razılıq vermişdir.
Təcrübədə şəxsin mülkiyyətində olmayan, onun istifadəsinə verilmiş torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair verilən etibarnamələrin notarius tərəfindən təsdiqlənməsi hallarına da rast gəlinir. Bu da qanunun tələbinə zidd olan birtərəfli əqd kimi etibarnamənin etibarsızlığına səbəb olan haldır, çünki əşyaya mülkiyyət hüququ olmadığı halda onun üzərində sərəncam vermək hüququ istisna edilir. Sözü gedən təlimatda birbaşa göstərilir ki, notariuslar daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən onların özgəninkiləşdirən və ya girov qoyan şəxsə məxsus olmasını yoxlayırlar.
Beləliklə, bu nəticəyə gələ bilərik ki, etibarnamə qanunla müəyyən edilmiş qaydada təmsilçilik (nümayəndəlik) münasibətləri yaratdığından və həmin münasibətləri təsdiq edən sənəd kimi çıxış etdiyindən heç bir formada alqı-satqı münasibətlərində istifadə edilməməlidir. Bu istər etibarnamə verən, istərsə də onu alan şəxs üçün sonda müəyyən arzuolunmaz nəticələrin baş verməsinə səbəb olmaqla onların hüquqlarının pozulmasına gətirib çıxarır.
Nəzərdən keçirdiyimiz halda əgər iki nəfər digər şahidlər (vəkil və rieltor) də torpaq sahəsinin əvvəlki sahibi A.Məmmədova kimi təsdiqləsələr ki, Səmaya Qasımova torpağı icarəyə, istifadəyə deyil, məhz satmaq məqsədilə S.İsmayılovaya etibarnamə ilə veriblər, mübahisə halında əmlakın dəyərini ödəməsini iddia edən etibarnamə almış şəxs onu sübut etmiş olacaq və onda məlum olacaq ki, Samaya Qasımovanın əsas niyyəti onu aldatmaq olub. Bu isə dələduzluqdur.


Ramil Abbasov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO