Azərbaycan İdeyası

Azərbaycanda sənaye istehsalı artıb

Tarix:17-10-2019, 11:30
Baxış Sayı:157



2019-cu ilin doqquz ayı ərzində Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 34,7 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faizə qədər sənaye məhsulu istehsal edib.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalında 15,6 faiz artım qeydə alınıb.
Sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 2,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 29,3 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99 faiz, tütün məmulatlarının istehsalı 78,5 faiz, hazır metal məmulatlarının istehsalı 78,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 77,2 faiz, içkilərin istehsalı 40,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1 faiz, kağız və karton istehsalı 25,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 15,1 faiz, əczaçılıq məhsullarının istehsalı 12,6 faiz, poliqrafiya məhsullarının istehsalı 11,8 faiz, geyim istehsalı 10,6 faiz, tikinti materiallarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 1,8 faiz artıb.
Bundan əlavə, neft məhsullarının istehsalı 1,0%, elektrik avadanlıqlarının istehsalı 8,5%, digər nəqliyyat vasitələrinin istehsalı 11,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO