Azərbaycan İdeyası

BORCUNU ÖDƏMƏKDƏN YAYINMIRDISA, NİYƏ BORC YİYƏSİNDƏN GİZLƏNİRDİ?

Tarix:4-02-2020, 11:19
Baxış Sayı:181

İmişli şəhəri, M.Əzizbəyov küçəsi, ev - 5 ünvanda yaşayan Rzayev Qardaşəli İbrahim oğlu redaksiamıza ərizə ilə müraciət edərək icra məmuru Elşən Cəfərovdan şikayətlənmişdir. Yazır ki, 2017-ci ilin may ayında İmişli Rayon Məhkəməsinin Kərimov Mirhakim Elman oğlundan 1570 manat pulun alınıb ona verilməsi barədə icra sənədi vardır. Şikayətçinin fikrincə, icra məmuru ədliyyə müşaviri Elşən Cəfərov qarşı tərəfin maraqlarına xidmət edir deyə qətnamənin icrasını təmin etmir. Şikayətçi bildirir ki, pulu ala bilmədiyi üçün onsuz da yaxşı olmayan səhhəti daha da pisləşib, dəfələrlə qan təzyiqi qalxıb, əsəbləri pozulub, stress vəziyyətinə düşüb, xəstəxanada yatır.
Rzayevin ərizəsinə qoşma etdiyi materiallardan bəlli olur ki, İmişli rayon İcra və Probasiya Şöbəsinin 22.06.2018-ci il tarixli borclunun axtarılması haqqında qərarına əsasən İmişli rayon Polis Şöbəsi Kərimov Mirhakim Elman oğlu barəsində axtarış işi açmışdır. Borclu "tapılandan" sonra İmişli rayon məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, borclu 21.09.2018-ci il tarixədək tələbkarın xeyrinə cəmi 300 (üç yüz) manat ödəmişdir. Məhkəmə məcburi icra tədbirlərinin nəticələrinə inanmışdır ki, Mirhakim icra məmurunun qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmamış, Mirhakimin qazancı və tələb yönələ biləcək əmlakı aşkar edilməmiş, yəni, icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyən edilməmişdir. Bununla da, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
Haqlı bir sual meydana çıxır: Əgər Mirhakim Kərimov borcunu ödəməkdən yayınmırdısa, borc yiyəsindən gizlənmirdisə, niyə onun barəsində axtarış elan olunurdu?


Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO