Bu gün məhkəmələrdə ən çox dartışılan mübahisələr sırasında aliment məsələsi ön yerdə qərarlaşır desək, bəlkə də yanılmarıq. Alimentin məbləği məhkəmə qaydasında təsdiqlənəndən sonra da onun ödənilməsi çox vaxt yubanır. Belə çəkişmələrdə bəzi hallarda icra məmurlarının səhlənkarlığı da diqqəti çəkir. Nəticədə əsas zərər uşaqlara dəyir, onları saxlamaqda çətinlik çəkən tərəf (adətən analar - red) narazılıqlarını KİV müstəvisinə çıxarırlar. "Korrupsia və Qanun" qəzeti də bu mənada istisna deyildir.
Bu günlərdə eyni aqibəti yaşayan qadınlardan biri - İmişli rayonunun Qaralar kənd sakini Cabbarlı Xanımgül Ziyad qızı redaksiamıza ərizə ilə müraciət edərək, icra məmurlarından şikaətlənmişdir - onun fikrincə, məmurlar keçmiş ərinin tərəfini tuturlar.
Şikayətçinin ərizəsindən bəlli olur ki, İmişli rayon məhkəməsinin 31 mart 2016-cı il tarixli 2(036)1390 nömrəli qərarı ilə Xanımgül Cabbarlı o vaxtadək rəsmi nikahda olduğu həmkəndlisi İbrahimov Elnur Ələmdar oğlundan boşanmışdır. Məhkəmə Elnur İbrahimovun üzərinə tələbkar Xanımgül Cabbarlının xeyrinə ayda 100 (bir yüz) manat aliment ödəməsi öhdəlii qoymuşdur. X.Cabbarlının ərizəyə qoşma etdiyi İmişli rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli 3(036)727/2018 nömrəli iş üzrə Qərarından bəlli olur ki, E.İbrahimov icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə onun barəsində Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. E.İbrahimov məhkəmədə göstərmişdir ki, icra məmurunun qanuni tələbini yerinə yetirməməsi qazancının olmaması ilə əlaqədar olmuş, tələbi ödəməkdən qəsdən yayınmamışdır. Ona görə də ona möhlət verilməsini xahiş etmişdir.
Qeyd edək ki, AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və a icra məmuru tərəfindən müəyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb İbrahimovun barəsində 10 (on) gün müddətində inzibati həbs qərarı vermişdir.
Həmin qərarın qəbul olunmasından düz on ay keçmişdir. X.Cabbarlı bildirir ki, keçmiş əri boşanandan ta indiyə kimi ona aliment ödəməmişdir. Yəni, on gün inzibati həbs cəzası ona sirayət etməmişdir. Belə çıxır ki, artıq onun barəsində daha ağır maddələrin tətbiqi ilə tədbir görmək lazımdır. X.Cabbarlının sözlərinə görə, yerli icra məmuru, ədliyyə müşaviri Elşən Cəfərov hansı səbəbdənsə, bunu etməyə tələsmir.
Məhkəmə qərarında elə ilk baxışdan diqqəti çəkən məqamlardan biri və birincisi İbrahimov Elnur Ələmdar oğlunun təqdimatıdır: "17.05.1991-ci ildə anadan olmuş, evli, AR vətəndaşı, İmişli raonunun Qaralar kəndində yaşayan..." Yəqin bu cümlədəki "evli" sözü oxucuları da düşünməyə vadar edəcək və E.İbrahimova ünvanlı belə bir sual doğuracaq: "Uşağın üçün yüz manat aliment ödəməyə gücün çatmırsa, təzədən niyə evlənirdin? İkinci evliliindən uşağın olsa (əgər yoxdursa), onu kim saxlayacaq? Ən nəhayət, sənin özünü kim saxlayır? Arvad hesabınamı yaşayırsan?"
Qəribədir ki, məhkəmədə hakim bu sualları E.İbrahimova verməmişdir. Səbəbini bilmirik. İmişli rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli Qərarından oxuyuruq: "Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir". Başqa bir prizmadan anaşanda E.İbrahimovun birinci arvadına aliment ödəməə gücü çatmadığı halda, təzədən ailə qurması onun məsuliyyətini artıran hal kimi qiymətləndirilməlidir.
Əməkdaş; Adəm Allahyar oğlu
Korrupsiya-q.az