Azərbaycan İdeyası

Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir

Tarix:24-12-2019, 10:25
Baxış Sayı:780

Danılmazdır, cəmiyyət tərəfindən kiminsə hərəkətinə obyektiv və ədalətli qiymət verilməsi həmin cəmiyyətdə azadlığa və bununla da qəhrəmanlığa yol açır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra Qarabağ müharibəsi iştirakçılarının şücaətinə dürüst qiymət verməklə, bütün dünyaya sərt şəkildə xəbərdarlıq etdi ki, Azərbaycan öz torpaqlarının uzun müddət işğal altında qalmasına dözməyəcək. Qarabağ savaşında şücaət göstərən, şəhid olan igidlərimizin əməllərinə layiqincə qiymət verilməsinin nəticəsidir ki, 2016-cı ilin aprel ayının ilk günlərində düşmənin cəbhədə törətmək istədiyi təxribatın qarşısının alınması zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ərləri bir-birilə qəhrəmanlıq yarışına girərək, yağı üzərində tam qələbəmizin heç də əlçatmaz olmadığını sübuta yetirdilər. Bu yazıda haqqında söhbət açdığımız rəhmətlik şəhidimiz Azər Quliyev kimilərin əziz xatirəsi onlara ehtiram edən hər bir adama öz qəhrəmanlıqlarını sirayət etdirir və insanlar lazımi situasiyada məhz qəhrəmanlığı adi bir iş kimi təkrarlayırlar. Buradan da qəhrəmanlığın ictimai tərbiyə vasitəsi kimi çıxış etdiyi aydın olur.
Oktyabrın 13-də Füzuli rayon şəhid Azər Quliyev adına Alxanlı kənd tam orta məktəbində həmin məktəbin məzunu olmuş şəhid Azər Quliyevin xatirəsinə həsr olunmuş tədbir keçirildi. Başda direktor İlkin Vəliyev, direktor müavini Pənah Hüseynov olmaqla tədbirin təşkilatçıları olan məktəbin müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin qohumları, döyüş yoldaşları çıxış edərək, Azər Quliyevin keçdiyi şücaətli döyüş yolundan, şəhidin insani keyfiyyətlərindən bəhs etdilər.
Şəhidin bacısı oğlu Naib Əliyev: "13 oktyabr 1992-ci il. Dayımın şəhid olduğu o günü ömür boyu unutmaram. O zaman mən ikinci sinifdə oxuyurdum. İndi isə 35 yaşım var. Hələ də o gün bu gün kimi yadımdadır. Qəhrəman, cəngavər dayı! Mən fəxr edirəm ki, şəhid Azər Quliyevin bacısı oğluyam, onun qanını daşıyıram.
Alxanlı sakinlərindən biri öz nitqində bildirdi ki, əslində Azərbaycanın yer altında ən böyük sərvəti heç də deyildiyi kimi neft deyil, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizdir: "Üzümü dünyanın güclü dövlətlərinə tutub deyirəm ki, Azərbaycanda demokratiya məhz Qarabağdan başlamalıdır, işğal altındakı torpaqlarımızın geri alınmasından, məcburi köçkünlərin öz ata-baba yurd-yuvalarına qaytarılmasından, tarixi ədalətin bərpa olunmasından başlamalıdır".
Xatırladaq ki, Ermənistanın təcavüzkar siyasəti davam edir. 2017-ci il iyulun 4-də saat 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı qəsəbəsi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Ermənistan tərəfinin bu təxribatı nəticəsində 14 aylıq Zəhra Quliyeva və nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyeva qətlə yetirildi. Habelə, atəş nəticəsində Sərvinaz Quliyeva yaralandı və xəstəxanaya çatdırılaraq əməliyyat edildi. 23 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin tərtibçiliyi ilə hadisə və ona olan reaksiyalar haqqında "Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitabı çapdan çıxıb.
Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir
Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir
Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir
Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir
Şəhid Azər Quliyevin xatirəsi anıldı - Adını daşıyan məktəbdə tədbir


Amid Hacıyev [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.