Azərbaycan İdeyası

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı

Tarix:4-08-2026, 09:00
Baxış Sayı:7

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Novorossiysk yaxınlığında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan NADHEZNA gəmisinin göyərtəsində olan 22 dənizçi Rusiya limanına təxliyə edilib.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də Novorossiysk limanından Samsuna yola düşən "Ro-Ro" tipli NADHEZNA gəmisi Novorossiysk sahillərindən təxminən 20 dəniz mili aralıda pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Məlumata görə, gəmidə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. İlkin məlumata əsasən, gəminin yaşayış və burun hissələri zədələnib. Gəmidə baş vermiş yanğının isə hələ də davam etdiyi bildirilir.

Nazirlik qeyd edib ki, ekipaj üzvləri Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə olunublar.

İlkin məlumata görə, ekipaj üzvlərindən üçünün vəziyyəti ağır ola bilər. Həmçinin bildirilib ki, ərazidə pilotsuz uçuş aparatlarının yenidən hücum etməsi riski davam etdiyindən hazırda gəmidə xilasetmə əməliyyatı aparmaq mümkün deyil.

OXŞAR XƏBƏRLƏR
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
Uşaqlar bizə əmanətdir: bağçada körpələrə qarşı zorakılıq iddiaları araşdırılmalıdır
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Tailandda gəmi qəzası: 7 dənizçi itkin düşüb
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Təcili əməliyyat olunan Xalq artistinin son vəziyyəti
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakıda bu məktəblərdə təhsil onlayn oldu - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Bakının bu küçələrində tıxac var - Siyahı
Qaxda kafedə qan töküldü
Qaxda kafedə qan töküldü