Azərbaycan İdeyası

AZƏRBAYCAN QANUNLARI KAYMAN ADALARININ "KARASU" ƏMƏLIYYAT ŞIRKƏTINƏ IŞÇILƏRININ HÜQUQLARINI 2021-CI ILƏDƏK POZMAQ STATUSU VERIB?

Tarix:4-02-2020, 11:11
Baxış Sayı:751

Bildiyimiz kimi, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar Prezidentin iradəsi ilə 2021-ci ilədək dayandırılıb. Təəssüf ki, bəzi fürsətcil iş adamları onlara verilmiş bu rüsxəti fəaliyyətlərini nizama salmaq üçün vaxt kimi deyil, zəhmətkeşlərin əmək və istirahət hüquqlarını pozmaq imkanı kimi dəyərləndirirlər. Hətta bəzi sahibkarlar leqal işçilərini bayram və istirahət günlərində belə əlavə haqq ödəmədən işləməyə məcbur edirlər. Bu, gəlin razılaşaq ki, sui-istifadədir.
Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Əsgərov Cuvan Abısalam oğlunun redaksiyamıza ünvanlamış olduğu ərizə əsasında hazırlayaraq təqdim etdiyimiz "Qarasu" Əməliyyat Şirkəti işçilərinin məzuniyyət hüquqlarını pozur" sərlövhəli məqalənin aqibəti ərizə müəllifinə və yəqin ki, oxucularımıza maraqlıdır. Məqalədə ehtiva olunan məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyimiz məktuba cavab gəlib.
Amma əvvəlcə oxucularımız sırasına yeni qatılanlara məsələnin məğzini bildiririk: Vətəndaş Əsgərov yazırdı ki, 1998-ci ildən "Qarasu" Əməliyyat Şirkətində işləyir. Müharibə veteranı olduğu və döyüşlərdə iki dəfə yaralandığı üçün Əmək Məcəlləsinin 2000-ci ildən qüvvəyə minən 120-ci maddəsinə əsasən ona hər il 46 gün məzuniyyət verilməli olduğu halda 2015-ci ilə qədər ya 27, ya da 33 iş günü məzuniyyət veriblər. Savadsız olduğu üçün bundan gec xəbər tutub. Sonradan şirkətin prezidentinə, şirkətin hüquqşünasları Əlisəttar və Anar bəylərə müraciət edib. Xeyli çək-çevirdən sonra yalnız bir ilə görə məzuniyyət günləri fərqinin ödəncini ala bilib. Sonrakı 2017-2018-ci illərdə ona qanuni 46 günlük məzuniyyət veriblər. Beləliklə, 15 il az istifadə etdiyi məzuniyyət günlərinə görə haqqını ala bilməyib. Hətta iş Əsgərovun şikayət etdiyi Əmək Müfəttişliyindən dolayı məhkəmə müstəvisinə də gedib çıxıb. Əsgərov yazır ki, heç onu məhkəməyə çağıran, şirkətin lehinə çıxarılan qərarı ona verən də olmayıb. Eyni məsələ ilə şirkət rəhbərliyi ilə mübahisəyə qalxan bəzi iş yoldaşları fərq məbləğini ala biliblər. Əksinə, rəhbərlik Əsgərovu sıxma-boğmaya salıb ki, niyə onları başa salıb.
Bu mövzuda yazdığımız əvvəlki məqalədə xatırlatmışdıq ki, Azәrbaycan Respublikasının azadlığı, suverenliyi vә әrazi bütövlüyü uğrunda xәsarәt (yaralanma, travma, kontuziya) alan işçilәrә, Azәrbaycanın Milli Qәhrәmanlarına, Sovet İttifaqı Qәhrәmanlarına, 1941-1945-ci illәr müharibәsindә döyüş әmәliyyatlarında iştirak etmiş, habelә hәrbi xidmәtdә olmuş, lakin döyüş әmәliyyatlarında iştirak etmәmiş hәrbi qulluqçulara, İstiqlal ordeni ilә, habelә Azәrbaycan Respublikasının suverenliyi vә әrazi bütövlüyünün müdafiәsi ilә bağlı digәr dövlәt tәltiflәri ilә tәltif olunmuş işçilәrә mәzuniyyәt 46 tәqvim günündәn az olmayaraq verilir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza göndərilən cavab məktubunda bildirilir ki, Cuvan Abısalam oğlu Əsgərovun hələ 25.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciəti əsasında Kayman Adalarının "Karasu Operating Company" Şirkətinin filialında araşdırma aparılmış və tədqiq edilmiş sənədlərdən C.Əsgərovun məzuniyyət hüquqlarının pozulduğu, ona istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilmədiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq "Karasu Operating Company" Şirkətinin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 20.02.2017-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
Eyni zamanda Nazirliyin cavab məktubunda bildirilir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində aparılan yoxlamalar 2021-ci ilədək dayandırıldığından məktubumuzla bağlı yerində əlavə araşdırma aparmaq mümkün olmamışdır.
Maraqlıdır, deyilmi? Belə çıxır ki, qanun 2021-ci ilədək sahibkarlara işçilərin hüquqlarını istədikləri kimi pozmaq və aidiyyəti qurumlar tərəfindən yoxlamaya məruz qalmamaq ixtiyarı, "toxunulmazlıq statusu" verib? Xeyr, əslində elə deyildir. Qanun sahibkarların fəaliyyətinə süni, əsassız müdaxilələrə yol vermir. Bu misalda isə müdaxilənin əsası var - hüquqları pozulan və maddi ziyan çəkən işçi şikayət edib.
ƏƏSMN tərtib etdiyi protokol barədə Prezident Administrasiyasına göndərdiyi məlumat məktubunun bir surətini də şikayətçiyə göndərməli, eyni zamanda onun kompensasiya almaq üçün məhkəməyə müraciət etmək hüququnun olduğunu xatırlatmalıydı.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO