Azərbaycan İdeyası

DƏLƏDUZ ATANIN OĞLU DƏLƏDUZLUQ EDİB

Tarix:18-10-2019, 11:27
Baxış Sayı:367

Ölkəmizdə iqtisadi münasibətlərin dəyişməsi, yeni mülkiyyət formalarının yaranması, vətəndaşlar, idarə, müəssisə və təşkilatlar arasında yeni hesablaşma qaydalarının tətbiqi ilə əlaqədar olaraq son illərdə dələduzluq cinayətlərinin sayı xeyli artmışdır.

Özgənin əmlakını başqa formada talama cinayətləri kimi dələduzluq cinayətlərində də son məqsəd başqasının əmlakını qanunsuz yolla ələ keçirmək olsa da, bu cinayətlər özünün törədilmə metodlarına və üsullarına görə həmin cinayətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərq əsasən dələduzluq cinayətinin tərkibinin obyektiv cəhətində, yəni törədilmə üsulunda özünü göstərir. Belə ki, dələduzluq cinayəti zamanı təqsirləndirilən şəxsin qəsdi təkcə özgənin bilavasitə əmlakına deyil, bəzi hallarda bu əmlaka olan hüquqlara qarşı yönəlir.

Dələduzluq cinayətləri aldatma və ya etibardan sui-istifadə etməklə həyata keçirilir. Belə cinayətlər çox vaxt əmək, podrat, tapşırıq və bu kimi müqavilələrin bağlanması, həyata keçirilməsi prosesində təqsirləndirilən şəxsin özgənin əmlakını qanunsuz yolla ələ keçirmək kimi cinayətkar məqsəd güdməsi ilə əlaqədar olur.

Hazırda təqsirləndirilən şəxslərin bir və ya bir neçə şəxsdən onların əmlakını əslində sonradan qaytarmamaq niyyətilə borc adı ilə alması halları geniş yayılmışdır. Təqsirləndirilən şəxslərin bu niyyətlərinin özgənin əmlakının ələ keçirilməsinə yönəldiyi təsdiq olunduqda məhkəmə təcrübəsi dələduzluq cinayətinin mövcudluğu ilə razılaşır.
Bakı şəhəri, Ə.Hüseynzadə - 85 ünvanda qeydiyyatda olan və yaşayan Cahangirova Fəridə Abdulla qızı redaksiyamıza ərizə ilə müraciət edərək iki il əvvəl oğlunun dostu Hüseynov Nəzrin Malik oğlu tərəfindən etibardan sui-istifadə yolu ilə aldadıldığını bildirmişdir: "23.07.2017-ci il tarixdə mənə yalvararaq dedi ki, toy edirəm, imkanım yoxdur, mənə qızıl zinət əşyaları ver, hissə-hissə pulunu ödəyərəm. O, mənə qəbz də yazacağını dedikdə, razılaşdım. 2500 manat dəyərində 750 əyarlı qızıl zinət əşyalarını məndən götürdü, qəbzlə təsdiqlədi. 500 manatını elə aldığı vaxt nağd şəkildə ödədi. Qalanını da vəd etdiyi formada, hissə-hissə qaytardı. Sonradan öyrəndim ki, qızılı satıb borclarına veribmiş..."
F.Cahangirova yazır ki, həmin hadisədən 5-6 ay sonra Malik ondan bir də qızıl istəyib: "Gəlib yalvardı ki, çoxlu borcum var idi, qızılları satıb borclarıma vermişəm, o üzdən evlənə bilmədim, yenə də mənə qızıl ver, gedim toy edim. Cavab olaraq mən ona bildrdim ki, mənim qızılım yoxdur, amma baldızım İrana müalicəyə gedir, o, qızıllarını satır. O, məni aldadaraq dedi ki, pulu nağd verəcək. Biz də fikirləşdik ki, hələ mal yiyəsinin İrana getməsinə iki ay vaxt var, razılaşdıq ki, Nəzrin pulu iki ay müddətinə ödəsin. Biz ona pulu verdiyimiz 07.04.2018-ci il tarixdən hələ indiyədək nə pulu, nə də qızılı qaytarmayıb. Sonradan bilmişəm ki, Nəzrinin atası da dələduzluq üstündə həbs olunub".
Fəridə xanım redaksiyadan bu məsələni ictimailəşdirməyi, aidiyyati qurumların diqqətinə yönəltməyi xahiş etmişdir. Aidiyyati qurumlar isə əlbəttə ki, hüquq-mühafizə orqanlarıdır.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdirilərək yeni 178.4-cü bəndi əlavə edilib. Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutuldu. 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklə bəndə “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA