Azərbaycan İdeyası

Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT

Tarix:18-10-2016, 14:24
Baxış Sayı:359

Erməni avtoritet agentliyin ofisinə niyə hücum çəkdi? - TƏFƏRRÜAT
“Mxitaryan israrla bizdən təkzib verməyi tələb edirdi. Düzdür, özüylə gətirdiyi OMON-çular heç nəyə müdaxilə etmirdilər. Amma bütün hallarda redaksiyaya OMON çağırılması yaxşı hal deyildi”. Bu sözləri Lent.az-a açıqlamasında “Rosbalt” İnformasiya Agentliyinin sözçüsü Yelena Solovyova bildirib.

Xanım Solovyovanın dediyinə görə, iki gün əvvəl “Rosbalt”da “Qanuni oğru Sergey Bentli ona borclu olan şəxsin sarayını yandırıb” başlıqlı yazı yayımlanıb: “Saray siz bildiyiniz anlamda deyil. Söhbət həyətdəki köməkçi otaqdan gedir. Amma söhbətin mahiyyəti isə tamam başqadır”.

Söhbət ondan gedir ki, qanuni oğru Sergey Asatryan 1,2 milyon dollarlıq mənimsəmədə ittiham edilir. Sergey Bentli kimi tanınan gənc qanuni oğrunun dayısı Artur Baqdasaryanla ümumi tanışları Karen Mxitaryan arasında 1.2 milyon dollarla bağlı münaqişə yaranıb. Baqdasarayan Mxitaryana bu məbləği borc verib. O, qaytarmaq istəməyib. Dayısı bu barədə gənc “oğru”ya danışıb. Gənc qanuni oğru qarşı tərəfi təhdid edərək dayısı ilə olan mübahisəyə son qoyaraq 1,2 milyon dolları ödəməyi tələb edib. Hətta biznesmeni və ailəsini ölümlə təhdid edib. Onun tapşırığı ilə biznesmenin bağ evi yandırılıb. Mxitaryan pulu verəcəyini bildirib və görüş təyin edib. Görüş zamanı polis hər iki şəxsi yaxalayıb.

Sergey Bentli və dayısına qarşı Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən cinayət işi açılıb. Yelena Solovyovanın dediyinə görə, onlar yazının müəllifi Yuri Yerşovu axtarırdılar. “Əslində onları daha çox bu eksklüziv məqalənin sayta necə yol tapması maraqlandırırdı. Biz onlara dedik, bunun sivil yolu var: məhkəmə. Amma Mxitaryan israrla məqalə müəllifini tələb edirdi və bu gün yenidən gələcəyini bildirdi. O ki qaldı təkzibə və ya materialın saytdan çıxarılmasına, bundan söhbət gedə bilməz”, deyə xanım Solovyova bildirdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO