Azərbaycan İdeyası

“Qanuni oğrular”ın davası düşdü

Tarix:9-09-2016, 12:21
Baxış Sayı:481

“Qanuni oğrular”ın davası düşdü
Ermənistanın “oğru” aləmindəki parçalanmanın yeni təfərrüatı məlum olub. Ermənistan hakimiyyəti son 10 ildə ilk dəfə erməni milllətindən olan “qanuni oğrular”dan “qurtarmaq” qərarı qəbul edib. Mənbələrin məlumatına görə, buna səbəb öz böyük havadarlarının loyal münasibət həvəssizliyinə son verməkdir. Məlum olub ki, barrikadanın tərəflərində iki “qanunçular” qruplaşması dayanıb.

Birində Alo ləqəbi ilə tanınan Aleksandr Makaryan, Konço ləqəbli Norayr Piloyan, digərində Zap ləqəbli Andranik Soqoyan, eləcə də Qevorik Oşakanski və Suro təmsil olunur. Əvvəlcə Zapın qruplaşmasından polis məntəqəsini ələ keçirməyə cəhd edən yerli müxalifətçilərlə haqq-hesan çəkmək xahiş edilib. Onlar indi bir neçə erməni “qanunçu” ilə eyni təcridaxanadadır.

Avtoritetli oturanlar arasında Afo ləqəbli Rafael Xoetsyan və Samo ləqəbli Samvel Arutyunyanın da adları çəkilir. Bu iki “qanuni oğru”nun Alo və Konçoya meylli olduqları bildirilir. Uzun illər davam edən sakitliyə görə “borcunu” qaytarmağı Zapadan da tələb ediblər. Onun etmək arsusunda olduqlarını isə Afo və Samo bölüşməyiblər, hansı ki, qiyamçılara qədər əlləri uzana bilərdi. Alo ilə Konçonun ölkədən deportasiyası da məhz xahişin yerinə yetirilməməsi ilə izah olunur.

Ermənistanın “oğru” aləmindəki parçalanmanın, bəzi informasiyalar görə, dava-dalaşla, hətta Jira ləqəbi ilə tanınan Jirayr Brutyanın siyasi oyununda oynamaqdan imtina edən daha bir yerevanlı “qanuni oğru”nun oyundankənar vəziyyətə salınması ilə nəticələnib. Digər bir məlumatda bildirilir ki, avqustun 4-də gecə Yerevanın Şimal prospektində bir-birindən incik “qanunçular”ım haqq-hesabı baş verib. Bu çəkişmədə Zap, Suro və Qruzin Koba Jiroya öz qəzəblərini töküblər. Davanın nə ilə nəticələndiyi açıqlanmır. (Modern.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı