Azərbaycan İdeyası

Rusiya muharibeye hazirlasir – Politoloq

Tarix:7-09-2017, 12:17
Baxış Sayı:769


 Rusiya muharibeye hazirlasir – Politoloq
Rusiyanın hərbi təlimləri Şərqi Avropa ilə mümkün müharibənin göstəricisidir.
Bu sözləri politoloq İlqar Vəlizadə Axar.az-a “Qərb-2017” adlı genişmiqyaslı hərbi təliminin keçirilməsinin səbəbləriylə bağlı açıqlamasında deyib. O bildirib ki, Rusiya Şərqi Avropanın planlarından narahat olaraq, hərbi təlimlərə ehtiyac duyur:
“Bu təlimlər həm Ukrayna ətrafında gedən proseslərlə, həm də NATO-nun Şərqi Avropada silahlı qüvvələrinin yenidən qurulması ilə bağlıdır. Son illər ərzində Şərqi Avropada NATO-nun yeni çevik briqadaları yaranmağa başlayıb. Eyni zamanda, ABŞ-ın qoşunlarını regionda yerləşdirməsi planı var. Təbii ki, bu planlar ilk növbədə Rusiyanı narahat edir. Bu planları reallaşdırmaq üçün Şərqi Avropa ölkələri səy göstərir. Şərqi Avropa Rusiyanın Ukraynanın timsalında hərbi təcavüzündən narahatlığını bildirir və bununla bağlı NATO ilə sıx inteqrasiyadadır”.
Politoloq bildirib ki, Rusiyanın Ukrayna siyasəti Şərqi Avropanın milli maraqlarına təhlükədir:
“Rusiyanın keçirdiyi hərbi təlimlərdə hətta şərti düşmən yox, konkret düşmən göstərilir. Rusiya bu təlimlərdə düşmən kimi NATO qüvvələrini qəbul edir. NATO ölkələri isə bu ərazilərdə təlim keçirəndə konkret olaraq Rusiyanı nəzərdə tutur. Əlbəttə ki, bu, regionda hərbi-siyasi gərginliyə səbəb ola bilər. Bu gərginlik düşünürəm ki, yaxın illərdə davam edəcək. Nə qədər ki, Ukraynada bu proseslər mürəkkəb olaraq qalır, nə qədər ki, sabitlik olmayacaq, Rusiya ilə Şərqi Avropa arasında vəziyyət gərgin olaraq qalacaq, hər iki tərəf hərbi aktivliyini artıracaq”.
Qeyd edək ki, bir həftədən sonra Rusiya Polşa, Litva, Latviya, Estoniya, Ukrayna və Finlandiya sərhədləri yaxınlığında “Qərb-2017” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Rusiya Müdafiə Nazirliyi sentyabrın 14-dən oktyabrın 2-nə qədər davam edəcək təlimlərin müdafiə xarakterli olacağını bildirib. Hərbi təlimlərə 5,5 min hərbçinin qatılacağı, onlardan 3 min nəfərinin Belarus ərazisinə dislokasiya olunacağı açıqlanıb. Avropalı ekspertlərin fikrincə, Vladimir Putinin əsas məqsədi region ölkələrini qorxu altında saxlamaq və Belarusun Kremlin tam nəzarətində olduğunu göstərməkdən ibarətdir [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO