Azərbaycan İdeyası

1 milyonluq rus ordusunun sayı artırılır -Yeni işğal planı?

Tarix:31-03-2017, 18:15
Baxış Sayı:7 858

 1 milyonluq rus ordusunun sayı artırılır -Yeni işğal planı?



Qərbin sanksiyaları, neft bazarındakı ucuzlaşma, milli valyutasının dəyərdən düşməsi şəraitində maliyyə çətinlikləri içərinsə vurnuxan şimal qonşumuz ordu şəxsi heyətin sayını artırmağa qərar verib. Son məlumata görə, Rusiya Silahlı Qüvvələrində xidmət edən hərbçilərin sayı bir milyonu keçib. Bu, prezident Vladimir Putinin rəsmi internet portalında dərc olunan fərmanında qeyd olunub. Fərmana əsasən, ştat sayı 1 milyon 13 min 628 nəfərdir.
Qeyd edək ki, bu ötən illərlə müqayisədə ilk artım sayılır. Sonuncu dəfə 2008-ci ildə ordu sıralarında qulluq edən hərbçilərin sayı 1 milyon nəfər olub. 2016-cı ildə isə artım cüzi olub.
Martın əvvəllərində Rusiyanın Cənub Hərbi Dairəsi minlərlə hərbi qulluqçu və 1,5 min ədəd hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlər keçirdi. Təlimlərdə Krasnodar və Stavropol diyarları, Həştərxan və Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz və Adıgeydə, o cümlədən Ermənistan və Abxaziyada yerləşən Rusiya hərbi birləşmələrinin hərbi hazırlıq vəziyyəti yoxlanıldı. Məhz bunun ardınca şəxsi heyətdə say artımı xəbəri tirajlandı. 13 min 150 milyonluq Rusiya üçün elə də böyük rəqəm olmasa da, bir məqama görə diqqət çəkir. Keçən ilin elə yaz aylarında xəbər yayıldı ki, ABŞ Şərqi Avropadakı hərbi kontingentini gücləndirir. Həmin məlumatda deyilirdi ki, Rusiyanın son vaxtlar nümayiş etdirdiyi aqressiv hərbi siyasətə cavab olaraq ABŞ ordusu Şərqi Avropadakı kontingentinə 13 min 500 nəfərlik hücum alayı əlavə edəcək. Budur, növbəti mərhələdə Rusiya orduya 13 mindən artıq əsgər cəlb edir.
Politoloq Elçin Mirzəbəyli çox uzaqgedən nəticələr çıxarmağın tərəfdarı deyil: “Rusiya Silahlı Qüvvələrinin sayı cəmi 13 min nəfər artırılıb. Bu say şəxsi heyətinin sayı 1 milyondan çox olan bir ölkə üçün bir o qədər də böyük rəqəm deyil. Hərbi büdcə isə ötən illə müqayisədə 7,5 faiz artırılıb. Nəzərə almaq lazımdır ki, devalvasiya Rusiya büdcəsinə ciddi təsir göstərmişdi və bu, hərbi büdcədə də özünü büruzə vermişdi. Lakin neftin qiymətinin ötən illə müqayisədə artması və sabitləşməsi Rusiya hökumətinə müəyyən xərcləri artırmağa, daha dəqiq desək, bir neçə il öncəki səviyyəyə yaxınlaşdırmağa imkan yaradıb. Xatırladım ki, Rusiyanın 2015-ci ildə hərbi büdcəsi 91,1 milyard təşkil edirdi. 2017-ci ilin hərbi büdcəsi isə 84,5 milyard dollardır. Yəni Rusiyanın hərbi büdcəsi hələ 2015-ci il həddinə çatmayıb”. Politoloq qeyd etdi ki, Çin də öz hərbi büdcəsini 7,4 faiz artırıb: “Hərbi ekspertlər Tramp administrasiyasının orduya olan diqqətini nəzərə alaraq, ABŞ-ın hərbi büdcəsinin də artırıla biləcəyini düşünürlər. 2017-ci ildə Yaponiya, Cənubi Koreya, Hindistan, Səudiyyə Ərəbistanı kimi ölkələr də öz hərbi büdcələrini artırıblar. Hərbi büdcə artımı bütövlükdə dünyada baş verən geosiyasi proseslərlə, dünyanın ayrı-ayrı regionlarında təhlükəsizliyə təhdid yaradan amillərin artması ilə əlaqələndirilir. Rusiya SQ-nin şəxsi heyətinin artırılması bu ölkənin Suriyadakı hərbi iştirakı, Krım böhranı, Baltik və Qara dəniz hövzəsində yaranmış reallıqlarla bağlıdır. NATO-nun Baltikyanı ölkələrdə və Qara dəniz hövzəsində Rusiya təhlükəsinə qarşı möhkəmlənməsi Moskvanı cavab tədbirləri görməyə vadar edir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Rusiya büdcəsində hərbi xərclərin artımı təhsil və səhiyyə sahəsində xərclərin azaldılmasına gətirib çıxarıb”.
E.Mirzəbəyliyə görə, bu isə şübhəsiz ki, ölkənin aztəminatlı təbəqəsinin onsuz da pisləşməkdə olan durumuna öz mənfi təsirini göstərəcək: “Əgər 2017-ci ildə neft qiymətlərində ciddi irəliləyiş baş verməzsə, Rusiya hakimiyyətinin ölkənin potensialını bir neçə dəfə üstələyən davranışları ölkə daxilindəki proseslərə öz təsirini göstərə bilər. Amma bunun qısa bir zaman ərzində sosial partlayışa gətirib çıxaracağını söyləmək bir qədər çətindir. Burada rus insanının psixologiyasını da nəzərə almaq lazımdır. Rusiyanın yenidən hansısa əraziləri işğal edə biləcəyi inandırıcı deyil. Dünya çox dəyişib və təkcə hərbi mövcudluqla bu və ya digər əraziləri nəzarətdə saxlamaq olmur. Rusiya heç Krımı, Cənubi Osetiyanı və Abxaziyanı ”yedirdə" bilmir. Yeni ərazilər böyük xərclər, iqtisadiyyata yatırılan sərmayələr tələb edir. Bu səbəbdən də Rusiyanın addımlarını mövcud reallıqların qorunmasına xidmət edən cəhd kimi qiymətləndirmək lazımdır".(musavat.com)

OXŞAR XƏBƏRLƏR
dfg 8 aprel 2017 08:47
  Жалоба     
Identification of highly popular OMEGA Speedmaster watch attracted the rolex replica watches world watch enthusiasts. The collectors is breitling replica to obtain Everfount inspiration and inspiration from the super series. Why OMEGA Speedmaster watch can become a global time prestigious table? Let us not discuss its importance in the history of the replica watches uk super watch classic design due to its 60 years of world-renowned. Although there will be some small changes in the process of improvement, but it is the rolex replica following iconic elements of the design of the classic watch.
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası