Azərbaycan İdeyası

"Dağlıq Qarabağ və digər problemlərə göz yummaq olmaz" - Belarus prezidenti

Tarix:29-04-2019, 15:47
Baxış Sayı:212




"ATƏT regionunda çox problem toplanıb, bu problemlərə heç bir halda göz yummaq olmaz".
Korupsiya-q.az ona.az-a istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ATƏT Parlament Assamlbleyasının sədri Georgi Sereteli ilə görüşdə deyib.
"Razılışın ki, bizim ümumi evimizdə həll edilməli olan çox problem yığılıb: həm Dağlıq Qarabağ, həm Dnestryanı və digər problemlər. Buraya Ukrayna da əlavə olunub" - deyə o qeyd edib.
A. Lukaşenko bu problemlərə zəif reaksiya verdiyi üçün təşkilatı tez-tez tənqid etdiyini deyib:
"Ola bilər ki, bu məsələlərə zəif reaksiya verdiyi üçün mən ATƏT-i tez-tez tənqid edirəm. Lakin onların həlli ATƏT-in bilavasitə işidir. Çünki bu təşkilat Avropa qitəsində təhlükəsizliyə cavabdehdir və heç bir halda bu problemlərə göz yummaq olmaz".
Belarus lideri uzun müddətdir, ATƏT meydanında dövlət başçılarının görüşünün təşkil olunmamasını da tənqid edib: "Bu görüşlərdə cari məsələlər, mürəkkəb vəziyyətlərdən çıxış yolları müzakirə oluna bilər. Sonuncu belə görüş 2010-cu ilə Astanada keçirilib. Daha geniş miqyaslı konfrans isə 1999-cu ildə İstanbulda təşkil olunub".
Öz növbəsində, G. Sereteli ATƏT regionunda müzakirəsinə və həllinə ehtiyac olan problemlərin mövcudluğu fikri ilə razılaşdığını bildirib.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO