Azərbaycan İdeyası

Mətbuat günü ilə bağlı daha bir tədbir - Fotolar

Tarix:20-07-2018, 13:44
Baxış Sayı:454



22 iyul Milli Mətbuat Günü münasibətilə 19 iyul tarixində Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.
Korrupsiya və Qanun saytı “Qafqazinfo” ya ıstinadla xəbər verir ki, tədbir turistlər üçün nəzərdə tutulmuş “City Sightseeing Baku”nun avtobuslarında şəhər gəzintisi ilə başlayıb, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşıb.
Turun əsas məqsədi “Bakı xarici turistlərin gözü ilə” konsepsiyasının, Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.
Daha sonra turizm mütəxəsissləri və millət vəkillərinin iştirakı ilə turizm sahəsində ixtisaslaşmış 20 nəfər mətbuat nümayəndəsi təşəkkürnamə ilə təltif olunub, onlara xüsusi hədiyyələr təqdim olunub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yeni turizm siyasətinin formalaşdırılacağı, yeni infrastruktur layihələrinin və yeni turizm məhsullarının reallaşdırılacağı, turist məmnunluğunu artırılması, bütövlükdə bu sahəyə daha innovativ və kreativ yanaşmanın həyata keçiriləcəyi haqqında məlumat verib.


OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ